Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarlar bələdiyyə sədri Minna Ylikyanne tərəfindən təklif olunub. O bu vəzifəyə 2025-ci ilin əvvəlində təyin edilib, bundan əvvəl isə Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyində fəaliyyət göstərib.
İki vəzifənin ləğv olunması büdcəyə 150 min avro qənaət etməyə imkan yaradıb. Texniki direktorun funksiyaları bir neçə əməkdaş arasında bölüşdürülüb, inzibati direktorun vəzifələrini isə Ylikyanne öz üzərinə götürüb. Süni intellekt ona qərar layihələrini, müqavilələri və müsabiqə sənədlərini hazırlamaqda kömək edir. Məsələn, dil modelinin köməyi ilə inzibati reqlamentə əlavələri bir gün ərzində tərtib etmək mümkün olub. "Dil modeli olmasaydı, bu işə yəqin ki, bütün payız aylarını sərf edərdik", - deyə o bildirib.
Sİ digər şöbələrdə, o cümlədən uşaq bağçalarında iş qrafiklərinin tərtib edilməsi üçün də tətbiq olunur. Ylikyanne izah edib ki, o, müəllim və tərbiyəçiləri deyil, məhz idarəetmə aparatını ixtisar etməyə üstünlük verib. Onun fikrincə, süni intellekt hesabına məhsuldarlığın artması gələcəkdə bəzi iş yerlərinin yox olmasına və vergi gəlirlərinin azalmasına səbəb olacaq.
London Kral Kollecinin araşdırmasına əsasən, "ChatGPT" istifadəyə verildikdən sonra bəzi funksiyaların Sİ tərəfindən icra edilə bildiyi şirkətlərdə iş yerlərinin sayı 4.5% azalıb. Həmin müəssisələrdə gənc mütəxəssislər üçün vakansiyaların sayı isə 5.8% aşağı düşüb. Rusiyanın əmək naziri Anton Kotyakov bəyan edib ki, süni intellektin tətbiqi işçilərin 7.5%-nin əmək funksiyalarını dəyişdirəcək, lakin bu, onların işdən çıxarılması demək deyil.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 73 Tarix: 19 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19 sentyabrRusiyada ayılara görə komendant saatı tətbiq edildi
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla
19 sentyabrMariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin
19 sentyabrKəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind
19 sentyabrBu ölkə kitab oxuyanlara pul verəcək
Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali
17 sentyabrSeul Hörmüz boğazına hərbçi göndərməyəcək
Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy
18 sentyabrToqo bayrağı altında üzən tanker Hörmüz boğazında yanğına səbəb olub
Toqo bayrağı altında üzən Trend tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd edib, daha sonra yanğın səbəbindən zədələnib və dayanıb. xəbər verir ki, agentliyin Telegram kanalında deyilir: "Dünən gecə Toqo bayrağı altında üzən Trend tankeri qanunsuz olaraq Hörmüz boğazından keçməyə cəhd edi
18 sentyabr