Gəncləri ölkədən kənarda təhsil almağa vadar edən səbəblər nədir? - AÇIQLAMA

Gəncləri ölkədən kənarda təhsil almağa vadar edən səbəblər nədir? - AÇIQLAMA"Azərbaycanda gənclərin xaricdə təhsil almağa artan marağı son illərdə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Statistika göstərir ki, 2010-cu illərdə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 7–8 min civarında idisə, 2023-cü ildə bu rəqəm artıq 15 mini ötüb. Onların əksəriyyəti Türkiyə, Rusiya, Gürcüstan və Şərqi Avropa ölkələrində təhsil alır, son illərdə isə Qərbi Avropa və ABŞ universitetlərinə maraq da yüksəlməkdədir. Bu meylin səbəbləri təkcə fərdi seçimlərlə bağlı deyil, həm də ölkə daxilindəki təhsil mühitinin vəziyyəti, əmək bazarının tələbləri və qloballaşma ilə bağlıdır".

Bu sözləri Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.

Gəncləri ölkədən kənarda təhsil almağa vadar edən səbəblər nədir? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, müqayisə etdikdə görünür ki, məsələn, Almaniyada və Fransada xaricdə oxuyan tələbələrin böyük hissəsi təhsildən sonra vətənlərinə qayıdır, çünki onların ölkə daxilində iş imkanları genişdir, amma, azərbaycanda isə hələlik bu mexanizm zəifdir:

"Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində hər kəsin təhsil almaq hüququ təsbit olunub, "Təhsil haqqında" Qanunun 5-ci maddəsində isə ali təhsil sisteminin məqsədlərindən biri kimi beynəlxalq standartlara uyğun mütəxəssislərin hazırlanması göstərilir. Bu hüquqi çərçivə ölkədə təhsilin keyfiyyətinin dünya ilə ayaqlaşmasını tələb edir. Amma praktiki baxımdan hələ də bəzi universitetlərimiz müasir tələblərə cavab verə bilmir. Tədris proqramlarının bir hissəsinin əmək bazarının çağırışlarına uyğun olmaması, müasir laboratoriyaların və praktiki biliklərin çatışmazlığı, akademik mühitin beynəlxalq rəqabətdə zəif qalması gənclərin xarici universitetlərə yönəlməsinə səbəb olur.

Mənfi tərəflərindən biri budur ki, xaricdə oxuyan gənclərin əhəmiyyətli bir qismi təhsildən sonra geri qayıtmır. Bu, "beyin axını" problemini yaradır və ölkədə yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığına gətirib çıxarır. Həmçinin ailələrin üzərinə düşən maliyyə yükü də az deyil: məsələn, Avropa ölkələrində təhsil haqqı illik 5–10 min avro arasında dəyişir, bu isə orta statistik azərbaycanlı ailə üçün çox böyük məbləğdir. Bu səbəbdən bir çox gənc xaricdə oxumaq üçün kredit götürür və ya sosial çətinliklərlə üzləşir.

Müsbət tərəfi isə ondan ibarətdir ki, xaricdə təhsil alan gənclər yeni biliklər, müasir yanaşmalar və beynəlxalq əlaqələrlə geri dönərək ölkənin inkişafına mühüm töhfə verə bilirlər. Onların dünyagörüşü genişlənir, əmək bazarında rəqabət qabiliyyətləri artır, bu da cəmiyyətin modernləşməsinə təkan verir. Dünya təcrübəsi göstərir ki, Cənubi Koreya, Çin, Hindistan kimi ölkələr uzun illər gənclərin xaricdə təhsil almasını dəstəkləyib, paralel olaraq daxildə universitetlərini gücləndirib. Bu gün həmin ölkələrin universitetləri artıq dünya reytinqlərində yüksək pillələrdədir və öz gəncləri üçün xarici alternativlərlə rəqabət apara bilir. Azərbaycan da bu təcrübədən faydalanmalıdır

Müqayisə etdikdə görünür ki, məsələn, Almaniyada və Fransada xaricdə oxuyan tələbələrin böyük hissəsi təhsildən sonra vətənlərinə qayıdır, çünki onların ölkə daxilində iş imkanları genişdir. Azərbaycanda isə hələlik bu mexanizm zəifdir. Amma Elm və Təhsil Nazirliyinin son illərdə gördüyü işlər müsbət qiymətləndirilməlidir. Nazirlik xaricdə təhsil üzrə dövlət proqramları həyata keçirir, ikili diplom layihələrini genişləndirir, yerli universitetləri beynəlxalq akkreditasiyalardan keçirir və qlobal reytinqlərdə irəliləyişə nail olur. Bu, həm gənclərin ölkə daxilində keyfiyyətli təhsil almasına, həm də xaricdə təhsil alanların geri dönüşünə stimul yaradır".

Ekspert onu da vurğuladı ki, dəyişməli olan əsas məsələ daxili universitetlərin keyfiyyətinin artırılmasıdır:

"Tədris proqramları müasir əmək bazarına uyğunlaşdırılmalı, tələbələr üçün praktik bacarıqlar və tədqiqat imkanları genişləndirilməlidir. Beynəlxalq mübadilə proqramları artırılmalı, xarici professorların ölkə universitetlərində dərs deməsinə şərait yaradılmalıdır. Əgər bu tədbirlər sistemli şəkildə həyata keçirilsə, gənclərin xaricdə təhsilə marağı azalacaq, əksinə, Azərbaycana xarici tələbələrin marağı artacaq.

Bu istiqamətdə kömək layihələrinin hazırlanması da zəruridir. Məsələn, dövlət proqramı çərçivəsində xaricdə oxuyan tələbələrin məzun olduqdan sonra ölkəyə qayıdaraq ən azı 3-5 il dövlət və ya özəl sektorda işləməsi təmin edilə bilər. Digər tərəfdən, yerli universitetlərdə təhsil alan tələbələrin beynəlxalq təcrübə qazanması üçün yay məktəbləri, təcrübə proqramları və xarici universitetlərlə birgə layihələr artırılmalıdır. Bu, gənclərə həm ölkədə təhsil almağa maraq yaradacaq, həm də xarici biliklərdən faydalanmaq imkanı verəcək.

Hesab edirəm ki, gənclərin xaricdə təhsilə marağı həm daxili problemlərin nəticəsi, həm də qlobal imkanların cazibəsidir. Amma bu prosesin idarə olunması üçün dövlətin siyasəti balanslı olmalıdır: bir tərəfdən xaricdə təhsil almağa dəstək verməli, digər tərəfdən yerli universitetlərin inkişafını sürətləndirməlidir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar müsbət işdir və gələcəkdə daha da genişləndirilməlidir. Bu siyasət həm "beyin axınının" qarşısını alacaq, həm də Azərbaycanın beynəlxalq təhsil məkanında mövqeyini möhkəmləndirəcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 698   Tarix: 08 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr