ChatGPT-yə güvənən kişi gecikmiş xərçəng diaqnozu ilə üzləşdi
İrlandiyanın Kerry bölgəsində yaşayan, iki uşaq atası 37 yaşlı Warren Tierney aylardır boğaz ağrısı və udqunma çətinliyi yaşamasına baxmayaraq, həkimə getmək əvəzinə süni intellektə müraciət edib. ChatGPT-yə verdiyi suallara aldığı cavab onun həyatını dəyişib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt Tierneynin simptomlarını ciddi qəbul etməyib və xərçəng riskinin "çox aşağı" olduğunu bildirib. Bu sözlərə güvənən Tierney həkimə getməyi təxirə salıb. Lakin ağrıları dözülməz hala gələndə xəstəxanaya müraciət edib və şok xəbər alıb. Ona gecikmiş qida borusu xərçəngi diaqnozu qoyulub.
Xəstəlik artıq irəlilədiyi üçün onun təxminən 5 il yaşama şansı qaldığı bildirilib. Mütəxəssislər qeyd edirlər ki, belə hallarda erkən diaqnoz qoyulmadıqda müalicə nəticələri son dərəcə məhduddur.
Tierney yaşadıqlarını belə izah edib: "ChatGPT-yə güvənmək məni ehtimal ki, beş ay gecikdirdi. Bu texnologiya insanın eşitmək istədiyini deyir, amma həqiqəti deyil".
Hadisədən sonra OpenAI xəbərdarlıq edib ki, süni intellekt sistemləri tibbi diaqnoz və müalicə məqsədilə istifadə edilməməlidir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1025 Tarix: 09 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabr