ChatGPT-nin sağlamlıqla bağlı verdiyi məlumatlara güvənmək hansı riskləri doğura bilər? - HƏKİM AÇIQLADI

ChatGPT-nin sağlamlıqla bağlı verdiyi məlumatlara güvənmək hansı riskləri doğura bilər? - HƏKİM AÇIQLADISüni intellekt bu gün həyatımızın bir çox sahəsinə daxil olub. Amma tibbdə istifadəsi hələ də mütəxəssislər arasında mübahisələrə səbəb olur. Çünki dəqiq diaqnoz üçün yalnız şikayətlər kifayət etmir, eyni zamanda fiziki müayinə, laborator analizlər və həkimin peşəkar qiymətləndirməsi zəruridir.

Bəs, süni intellektin verdiyi tibbi məlumatlara güvənmək nə qədər doğrudur?

Mövzu ilə bağlı Sonxeber.az-a Uzman Pulmonoloq Aynur Məmmədova danışıb.

ChatGPT-nin sağlamlıqla bağlı verdiyi məlumatlara güvənmək hansı riskləri doğura bilər? - HƏKİM AÇIQLADIO, açıqlamasında qeyd edib ki, heç bir süni intellekt həkim kimi differensial diaqnoz apara bilməz:

"Süni intellekt artıq dünyanın hər yerində və demək olar bütün sahələrdə tətbiq olunur. Amma hələ kifayət qədər inkişaf etməyib, xüsusilə də tibb sahəsində. Tibbdə yalnız simptomlar, yəni şikayətlər deyil, eyni zamanda fiziki və obyektiv müayinə də çox önəmlidir.
Məsələn, ağciyər xəstəliklərində xəstənin ağciyərlərini dinləmək vacibdir, amma ChatGPT-nin hazırda belə bir imkanı yoxdur. Həmçinin dərman istifadəsi ilə bağlı da risklər var. Elə insanlar var ki, sadəcə ChatGPT-də yazılanlara baxıb dərman qəbul edirlər. Halbuki heç bir süni intellekt həkim kimi differensial diaqnoz apara bilməz. Bu, çox çətindir və orada yazılan məlumatların yanlış olma ehtimalı da yüksəkdir. Yəni, ChatGPT-də deyilən hər bir məlumat doğru deyil.
Hazırda ChatGPT dəbdədir, insanlar şəxsi həyatları da daxil olmaqla bir çox şeyi orada bölüşürlər. Məsələn, bir həkim astma ilə bağlı təqdimat hazırlayarkən ChatGPT-dən istifadə etsə, həmin məlumat sistemdə qala bilər. Daha sonra başqa bir şəxs astma barədə sorğu verdikdə, ChatGPT həmin məlumatlardan istifadə edərək cavab təqdim edə bilər. Bu səbəbdən ChatGPT-yə tam güvənmək düzgün deyil".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1258   Tarix: 09 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

10 avqust
.

Vaşinqton görüşündə qəbul olunan qərarlar böyük perspektivlər

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan regionda sülh şəraitində yaşamağın tərəfdarıdır. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ili

10 avqust
.

Uitkoff: Cənubi Qafqaz daha təhlükəsiz, daha firavan və daha sabitdir

Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp 35 illik amansız münaqişəyə son qoyan tarixi sülh müqaviləsini imzalamaq üçün Azərbaycan və Ermənistanı bir araya gətirdi. "Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkə hesabındakı paylaşımd

9 avqust
.

Universitet müəllimi vəfat edib

Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat və marketinq" kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib. xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. Bildirilib ki, 1964-cü ildə Naxçıvanda anadan olan Elşən Nəsirov uzun illər iqtisadiyyat və idarəetmə sahəsində çalışıb. O, müxtəli

10 avqust
.

Çimərliyə gedərkən bunu NƏZƏRƏ ALIN: Sağlamlıq riski yaradır

Yay aylarında çimərliklərdə insanların isti qumun üzərində uzanaraq günəş vannası qəbul etməsi geniş yayılmış vərdişlərdəndir. İsti qumun bədən üçün müalicəvi təsirə malik olması ilə bağlı fikirlər səslənsə də, yüksək temperaturda uzun müddət qum üzərində qalmaq və günəş şüalarına həddindən artıq məru

10 avqust
.

Əhalinin ortaaylıq əməkhaqqısı artıb

Bu ilin altı ayında Azərbaycanda muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı məbləği 1 174.4 manat təşkil edib. bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir

10 avqust
.

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 16:00-da qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 31 km olub. Zəlzələ hiss edilməyib

10 avqust
.

Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama

2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 100-1500 manatadək azaldılıb. Bu barədə ATU-dan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılmas

10 avqust
.

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı

10 avqust