Sentyabrda başlayacaq, 9 ay davam edəcək

Sentyabrda başlayacaq, 9 ay davam edəcəkPaytaxtın tıxac problemi - təmirə ehtiyacı olan küçələr, silinmiş piyada keçidləri, doğru quraşdırılmayan yol nişanları...
Yeni dərs ilinin başlanması ilə Bakı yollarında illərdir təkrarlanan mənzərə yenidən müşahidə olunacaq. Şəhərin əsas prospekt və küçələrində, xüsusilə də məktəb və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə hər səhər və günorta saatlarında tıxaclar yaranacaq. Yeni tədris ili ilə birlikdə başlayacaq bu vəziyyət 9 ay boyunca sürücülərin, sərnişinlərin və piyadaların gündəlik həyatını çətinləşdirəcək.

Əksər valideynlər övladlarını məktəbə öz avtomobilləri ilə aparmağa üstünlük verirlər. Eyni zamanda tələbələrin də böyük bir qismi şəxsi avtomobildən istifadə etdiyi üçün səhər saatlarında paytaxtın demək olar ki, bütün istiqamətlərində sıxlıq yaranır. İctimai nəqliyyatdan istifadə edənlərin də vaxt itkisi qaçılmaz olur.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edərkən bildirib ki, övladlarını məktəbə avtomobillə aparan valideynlər və ya özü sürücü olan tələbələr çox vaxt yol hərəkəti qaydalarına əməl etmirlər.

Bu isə paytaxt küçə və prospektlərində, xüsusilə də təhsil müəssisələrinin yaxınlığında süni sıxlıqlar yaradır, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin də əlavə vaxt itirməsinə səbəb olur.

NİİM bildirir ki, yeni dərs ili dövründə məktəb və universitetlərin ətrafında müşahidə kameraları vasitəsilə nəzarət gücləndiriləcək. Zəruri hallarda məlumat yol polisinə ötürüləcək, həmçinin svetoforlarda "yaşıl dalğa" rejimi tətbiq olunacaq. Mərkəz valideynlərə və tələbələrə çağırış edir ki, avtomobillərini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamaqdan çəkinərək yalnız rəsmi dayanacaqlardan istifadə etsinlər.

Lakin problemin kökündə parklanma yerlərinin azlığı dayanır. Bakının mərkəzi küçələrinə birbaşa qapısı açılan məktəblər hər səhər yol kənarında tıxac yaradır. Təhlükə ilə üz-üzə qalan şagirdlər, həmçinin iflic olan hərəkət isə artıq illərdir gündəlik mənzərədir. Təhsil müəssisələri tikilərkən parklanma məsələsinin nəzərə alınmaması, valideynlərin isə övladlarını piyada məktəbə gətirmək istəməməsi problemin dərinləşməsinə gətirib çıxarır.

Təmirə ehtiyacı olan küçələr, silinmiş piyada keçidləri, çatışmayan yol nişanları da vəziyyəti daha da ağırlaşdırır. Ona görə də yeni dərs ilində əvvəlkilərdən fərqli yol hərəkəti təhlükəsizliyi gözləmək bir qədər sadəlövhlük olardı.

İctimai nəqliyyatın fəaliyyəti qənaətbaxş deyil -

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev "Yeni Müsavat"a açıqlamasında bildirib ki, süni tıxaclar yaranmasın deyə valideynlər və tələbələr minik avtomobillərini kənar yolda saxlayaraq, təhsil müəssisələrinə piyada gəlməlidirlər: "Nəzərə almaq lazımdır ki, valideynin avtomobillə əsas yolda 5 dəqiqə dayanması bütün nəqliyyat sistemini iflic edir. Tələbələr də həmçinin, avtomobillərini nisbətən bir küçə aralıda saxlaya və oradan universitetə doğru piyada gələ bilər. Avtomobili təhsil ocağının önündə saxlamaq və yaxud da bir neçə dəqiqə ərzində dayanmaq bütün sistemə təsir edir. Ona görə də bacardıqca bir neçə küçə aralıda saxlayıb, rahat şəkildə piyada gəlmək lazımdır. İctimai nəqliyyatdan da istifadə edə bilərlər. Məsələn, Bakı Dövlət Universitetinin yaxınlığında metro var, avtobuslar da işləyir. "AzParking" orada parklanma üçün yerlər təşkil edib. Əgər tələbə maşınını orada saxlayarsa, heç bir problem olmayacaq. Mən təklif edərdim ki, şəxsi minik avtomobilində tıxacda qalmaqdansa ictimai nəqliyyatdan istifadə etsinlər. Avtobus zolaqları salınıb, mikroavtomobillik zolaqları çəkilir və bunun ardı da var. Dövlət proqramında piyada infrastrukturunun abadlaşdırılması məsələsi var. Bu reallıqda şəhərin mərkəzinə fərdi nəqliyyatdansa, daha uyğun alternativ növlərlə gəlmək məntiqlidir.

Yaxud da fərdi nəqliyyatla gəlsəniz, müəyyən parkinq sahələrində maşını park edin və digər məsafəni piyada və ya ictimai nəqliyyatla davam etdirin".

Elməddin Muradlı: "İndiki artım o qədər də fantastik bir məbləğ deyil, sadəcə, 10 qəpik artım olub" Pravda.az

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyir ki, insanlarda ictimai nəqliyyata maraq yaratmaq lazımdır: "Xüsusən də tələbələrin ictimai nəqliyyata istiqamətləndirilməsi daha məqsədəuyğundur. Məsələn, Bakı Dövlət Universitetinin təşəbbüsü ilə metronun bir çıxışını universitetin qarşısına saldılar. Bununla da müəllim və tələbələrin işi daha da asanlaşdı. O vaxtı sabiq rektor Abel Məhərrəmov Bəxtiyar Vahabzadə küçəsinin avtomobillər üçün bağlanmasını və orada park salınmasını təklif etmişdi. Həmin vaxt bu təklif qəbul olunmadı, çünki alternativ bir yol kimi çox vacibdir və tam bağlamaq düzgün olmazdı. Hər halda, müəyyən obyektlər söküldü və səkilər genişləndirildi. İndi həmin küçədə velosiped zolağı yaradılıb, parklanma nöqtəsi səliqəli formada həllini tapıb.

Universitetə yüzlərlə tələbə və müəllim şəxsi avtomobili ilə gəlir, onlar üçün parklanma yeri yoxdur. Onlar məhəllələrdəki küçələrdə boş yer tapıb, maşınlarını orada saxlayırlar. Sakinlər də bunun qarşısını almaq üçün həyətlərə şlaqbaum qoyublar".

Ekspert bildirir ki, insanları ictimai nəqliyyatla təmin etmək üçün hələ çox işlər görülməlidir: "İctimai nəqliyyatn özü bu gün tam vəziyyətdə deyil. Bakıda rahat gediş-gəliş üçün 2800 avtobus lazımdır. Hazırda isə nasaz avtobuslarla birlikdə 2200 avtobus xəttə çıxır. Yeni dərs ilində 200 avtobusun xəttə buraxılacağı gözlənilir. Lakin bu da tələbatı tam ödəmir. Metro şəbəkəsi də arzuolunan səviyyədə deyil. Bütün qatarlar komfortlu deyil. Səhər və axşam saatlarında metroda xaos yaşanır".

E.Muradlının sözlərinə görə, ictimai nəqliyyatda yaxşı nəticəni 5 ildən sonra görmək mümkündür: "2030-cu ildən sonra 10 yeni metro stansiyası açılacaq və avtobus parkı yenilənmiş olacaq.

Biz insanlara təklif edə bilərik ki, maşınlarını Lökbatanda qoyub, oradan şəhərə avtobusla gəlsinlər. Amma bu şərtlə ki, ictimai nəqliyyatın keyfiyyəti və səviyyəsi yetərli olsun. Həmin istiqamətdə metro və qatar belə yoxdur. Sumqayıtdan gələnlər üçün isə bu şərait yaradılıb. Avtobus və maşınla gəlib, vağzaldan metro ilə Bakıya gələ bilərlər. İndiki halda yaxşı olan isə avtobus zolaqlarının salınması və insanların tıxacda qalmaması üçün ora meyllənməsidir. Biz şəhərin mərkəzini tıxaclardan xilas etmək istəyiriksə, ətrafda parklanma zonaları yaratmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 846   Tarix: 14 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rasim Balayevin ölümündən 40 gün ötür

Bu gün mərhum sənətçi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin 40 mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, mərasim Heydər Məscidində baş tutub. Qeyd edək ki, Rasim Balayev martın 29-da 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhu

7 may
.

Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır

Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb. Həmçinin müəyyən olunub ki, məhsullar etiketlənməyib, müşayiətedic

8 may
.

Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları var idi"

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib. Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üç mərtəbəli evdən 19 min ABŞ dolları (32.300 manat) oğurlanıb. Məlu

8 may
.

Aparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH

Azərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir. Xüsusilə bəzi aparıcıları

8 may
.

Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA

Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur. Bəzi hallarda valideynlər məhkəmə qərarına baxmayaraq aliment ödəməkdən yayınır ki, bu da həm uşağın maddi təminatına, həm də ailədaxili münasibətlərə ciddi təsir göstərir. Bəs aliment ödəməyən şəxslərl

7 may
.

Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində...

"Bakı Metropoliteni" QSC 9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək. səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May - Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararas

7 may
.

Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərd

7 may
.

Sumqayıtda yataqxana binasında yanğın - Sakinlər təxliyə olundu + Video

Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayı

7 may
.

Stresslə mübarizənin ƏN EFFEKTİV yolu açıqlandı

Stresslə necə mübarizə aparmağın yolları açıqlanıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru və yazıçı Mixail Xors yerli mətbuata danışıb. Mütəxəssisin fikrincə, stressin iki növü var: bioloji və emosional. Xors qeyd edib ki, "Bioloji stress həyatdak

7 may