"Atamdan kimə azarkeşlik edəcəyini soruşdum, cavab vermədi" - "Qarabağ"ın futbolçusu
"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade sabah Lissabonda Portuqaliyanın "Benfika" klubuna qarşı keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin start turu oyunundan öncə müsahibə verib.
"Qafqazinfo"nun məlumatına görə, o, "O Jogo" nəşrinə danışıb.
Andrade əvvəlcə Çempionlar Liqasında oynamaq xəyalı barədə fikirlərini açıqlayıb: "Qitənin ən nüfuzlu klub turnirində oynamaq uşaqlıq arzumdur. Hər futbolçuya bu cür anlar qismət olmur. Üstəlik, oyun "Da Luş"da ("Benfika"nın ev oyunlarını keçirdiyi arena) keçiriləcək. Çox emosional matç olacaq. Necə reaksiya verəcəyimi bilmirəm. Atam üçün ideal ssenari "Benfika"nın 4:3 hesabı ilə qalib gəlməsi və mənim het-trik etməyim olardı (gülür). Üstəlik, püşkatma zamanı ondan soruşdum ki, kimə azarkeşlik edəcək cavab vermədi, çünki əla atadır (gülür). Əlbəttə, o, hər zaman oğlunun yanındadır".
O, püşkatmadan öncə "Benfika" ilə düşmək istədiklərini komanda yoldaşları ilə müzakirə etdiyini bildirib: "Əslində, püşkatmadan öncə biz "Benfika"ya düşmək istədiyimizi aramızda müzakirə edirdik. Daha asan rəqib olduğu üçün yox, komandamızın bir çox üzvünün Portuqaliyada oynaması bu müzakirəni yaratdı. Biz həmişə hücum futbolu oynayırıq və topu özümüzdə saxlamağı çox sevirik. Rəqibin kimliyindən asılı olmayaraq bu belədir".
Jurnalistin "daha yüksək reytinqli komandaların bəzən "Qarabağ"ı az tanımaları səbəbindən bir qədər yuxarıdan baxdıqlarını düşünürsünüzmü?" sualına Andrade belə cavab verib: "Bu, futbolda baş verən hallardan biridir. Biz iki il öncə "Braqa" ilə düşəndə Portuqaliya kanalları onları favorit sayır və rəqibin bütün mövqelərdə üstün olduğunu deyirdilər. Bununla razılaşmalı idik. Amma o yanaşma bizə motivasiya verdi və oyunlarda xeyrimizə işlədi".
25 yaşlı oyunçu komandanın iki mövsüm əvvəl Avropa Liqasında 1/8 finala çıxmasından və ondan sonrakı mövsüm zəif çıxışından da danışıb: "Biz iki il öncə çox uğurlu mövsüm keçirdik. Eqomuz artdı. Daha sonra reallığa baxmalı olduq. Həmin şeylərdən nəticə çıxardıq və dərs aldıq".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 745 Tarix: 15 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabrFrenki de Yonq qışda "Barselona"dan ayrıla bilər
Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə
10 sentyabrNeymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabr"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak
10 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr