Avanesyana Xankəndidə terror əmrini kim(lər) verə bilərdi? - DETALLAR

Avanesyana Xankəndidə terror əmrini kim(lər) verə bilərdi? - DETALLARXankəndidə erməni əsilli sakin Karen Avanesyanın terror aktı törətmək cəhdi və polis əməkdaşlarına silahlı müqavimət göstərməsinin lokal xarakter daşımadığı ehtimalı yüksəkdir. Hər şey istintaqın yekununda bəlli olacaq, lakin açıq qalan suallar ictimaiyyətin diqqət mərkəzindədir.

- Karen Avanesyan əslində kimdir?
- Terror aktı planının arxasında hansı qüvvələr dayana bilər?
- Planın icrasına niyə indi cəhd edildi?

Avanesyanın tam bəlli olmayan tərcümeyi-halında şübhəli məqamlar kifayət qədərdir.

Birincisi, o, bir il öncə Azərbaycan mediasına müsahibəsində özünü "azərbaycanlı" kimi təqdim edir, bildirir ki, "16 yaşında Azərbaycan vətəndaşlığını alıb, lakin 30 il öncə Xankəndini mafiya ələ keçirib və bundan sonra azərbaycanlılar doğma yurdlarından məcburi köçkün düşüblər, mafiya isə qalanların pasportlarını dəyişib".

Belə bir şəxsin bir il sonra terror aktına cəhd etməsi onun Xankəndidə məhz bu məqsədlə qaldığı ehtimalını ön plana çıxarır. Erməniləri pisləməsi də kamuflyaj olmağa hesablanmış kimi görünür.

İkincisi, Ermənistanda revanşist medianın, eləcə də Qarabağda keçmiş separatçı rejimin "nümayəndələri"nin Avanesyanla bağlı dedikləri kifayət qədər ziddiyyətlidir.

Separatçı fəallardan olmuş Arşak Abramyan "Hraparak" nəşrinə açıqlamasında Avanesyanı tanımadıqlarını israrla vurğulayıb. Revanşist siyasətçi Karapet Poqosyan deyir ki, Avanesyanın uşaqlığı çətin keçib: "Məktəbdə zəif oxuyub, lakin sonradan iki universiteti fərqlənmə diplomu ilə bitirib, bir neçə dildə sərbəst danışıb. O, qapalı və ünsiyyətcil olmayan biri kimi tanınır".

Bu iddia – orta məktəbi zəif oxuması, daha sonra iki universiteti fərqlənmə ilə bitirməsi və bir neçə dildə sərbəst danışması şübhəlidir. Mümkündür ki, erməni revanşistlər Avanesyanla bağlı "intellektual" imic formalaşdırmaq və əməllərini bu yolla ört-basdır etməyə çalışırlar. Bu, baş vermiş terror cəhdinin Azərbaycanın iddiası kimi təqdim edilməsi kampaniyasına xidmət edir. Ki, erməni revanşistlərin təbliğat istiqamətlərindən biri də budur.

Erməni revanşistlərə məxsus media resurslarında Avanesyanla bağlı əsas "fakt" kimi onun "əqli qüsurlu" olması təqdim edilir. Qarabağda keçmiş separatçı rejimin qondarma "deputat"larından olmuş Metakse Akopyan "Hraparak" nəşrinə (bu nəşr Avanesyanın müdafiəsində xüsusi fəallıq sərgiləyir) açıqlamasında iddia edir ki, "onu şəxsən tanımasa da, psixi problemlərinin olduğu haqda eşidibmiş". "İravunk" nəşri isə "mənbələrinə" istinadən Avanesyanın "əqli cəhətdən qüsurlu olduğunu dəqiqləşdirib".

Bu iddiaların yumşaq desək, doğru olmadığı ortadadır: Avanesyanın Xankəndi küçələrində gizli şəkildə hərəkət etdiyi, öncədən gizlətdiyi silahı necə götürdüyü və hücum cəhdini əks etdirən görüntülər onun hazırlıqlı olduğunu sübut edir.

Erməni revanşistlərin onu "əqli qüsurlu" kimi təqdim etmək cəhdləri əslində baş tutmayan terror planının ifşasının qarşısını almaq məqsədi daşıya bilər. Və bu detallar planın arxasında məhz Ermənistandakı revanşistlərin – keçmiş "Qarabağ klanı"nın dayandığı ehtimalını gücləndirir. İstisna etmək olmaz ki, Avanesyan "lazımı anda" hücuma keçmək üçün Xankəndidə qalıb və Ermənistandakı bağlantıları ilə hansısa yolla əlaqələr qura bilib. Hücum əmri verildikdə isə hərəkətə keçib.

"Niyə indi" sualının cavabı da ortadadır: Bakı və İrəvan arasında paraflanan sülh sazişini pozmaq;

Bunun çoxtərəfli hədəfləri görünür:

- Terror cəhdi baş tutsaydı, diqqət Xankəndinə - orada qalan erməni əhalisinin üzərinə yönələcək və Minsk qrupunun ləğvi ilə beynəlxalq müstəvidə qüvvədən düşən "Qarabağ məsələsi"nin hələ də bağlanmadığı, ermənilərin "mübarizə" apardığı rəyini yaratmağa çalışacaqdılar;
- Ermənistanda "Qarabağda qalan ermənilərin müdafiəsi" adı altında ictimai etirazların təşkilinə, xüsusilə seçki öncəsi bundan istifadə etməyə çalışa bilərdilər;
- Azərbaycan və Ermənistan arasında sülhün "erməni xalqı" tərəfindən qəbul edilmədiyini nümayiş etdirmək istiqamətində istifadə edə bilərdilər;

Bu hədəflər planda təkcə erməni revanşistlərin yox, həm də onları dəstəkləyən və regionda sülhün əldə edilməsini istəməyən qüvvələrin də maraqlı olduğunu göstərir. Təbii ki, bütün bunlar ehtimallardır, detallar istintaqın nəticəsində məlum olacaq./Publika.az
Avanesyana Xankəndidə terror əmrini kim(lər) verə bilərdi? - DETALLAR


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 781   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr