Xırdalan məktəbində foto alveri – Hər şagirddən 12 manat…
Yeni tədris ili iki gündür başlayıb, amma artıq bir sıra məktəblərdə narazılıqlar özünü göstərir.
Bakupost.az redaksiyasına valideynlərdən daxil olan ilk şikayət Xırdalan şəhərində yerləşən 7 saylı tam orta məktəbdəndir.
Valideynlər onlara məcburi şəkil satılmasından narazıdırlar. Belə ki, Bilik Günü ilə bağlı tədbirdə şagirdlərin şəkilləri çəkilib və məktəbin direktor əvəzi Yeganə Paşayeva sinif rəhbərləri vasitəsilə valideynlərə bildirib ki, hər biri dörd şəkil almalıdır.
"Hər valideyn üçün bu, 12 manat təşkil edir. Məktəbdə 1-ci siniflərin sayı yeddidir. Bu siniflərdə ümumilikdə 200-dən çox şagird təhsil alır. Əgər hər bir şagird bu ödənişi etməli olarsa, bu, 2400 AZN deməkdir. Hansı ki, 1 fotonun çap olunması cəmi 30-40 qəpikdir", – deyə valideyn şikayətlənib.
Onun sözlərinə görə, digər valideynlər də bu vəziyyətdən narazı qalıb, bəziləri məktəbə gedərək etirazını bildirib. Onlar qeyd edirlər ki, şəkilləri almağa maddi imkanları yoxdur. Bir valideynin sözlərinə görə, uşağın məktəb ləvazimatları xərclərini çətinliklə qarşılayıb, indi də şəkil almağa məcbur edilir və buna imkanı yoxdur.
Valideynlərin sözlərinə görə, direktor əvəzi fotoqrafın guya Regional Təhsil İdarəsi ilə müqaviləsi olduğunu və oradan göndərildiyini bildirib. Məsələnin əsl təşəbbüskarının kim olduğu isə valideynlər üçün aydın deyil. Eyni zamanda, bəzi müəllimlərin də bu vəziyyətdən narazı olduqları bildirilir.
Məsələ ilə bağlı məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Yeganə Paşayeva ilə əlaqə saxladıq. O, valideynlərin şəkil almağa məcbur edildiyi barədə iddiaları inkar etdi:
"Belə bir hal olmayıb. Valideynlər özləri şəkil çəkdirib, kimsə alıb və ya almayıb. Əgər sübut varsa, gətirsinlər, kimsə bunu edibsə, mən də onun barəsində lazımi qaydada tədbir görüm. Sadəcə kənardan fotoqraf gəlmişdi, biz də icazə vermədik ki, regional idarədən icazə almalısınız. Hansı valideynin problemi varsa, gəlsin, necə lazımdırsa, kömək edək".
Qeyd edək ki, Yeganə Paşayeva artıq üçüncü ildir 7 saylı məktəbdə direktor vəzifəsini müvəqqəti icra edir.
Mövzu ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8034 Tarix: 16 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabr