"Əgər uşaqlar küçələrdə başlı-başına buraxılarsa, bu, həm onların gələcəyini, həm də cəmiyyətin sabahını təhlükəyə atır" - AÇIQLAMA

"Əgər uşaqlar küçələrdə başlı-başına buraxılarsa, bu, həm onların gələcəyini, həm də cəmiyyətin sabahını təhlükəyə atır" - AÇIQLAMAAzyaşlıların küçələrdə işləməsi və ya dilənməsi təkcə bu günün yox, uzun illərin problemidir. İstər sosial, istərsə də iqtisadi səbəblərdən qaynaqlanan bu vəziyyət uşaqların həm təhsil hüququnun pozulmasına, həm də onların psixoloji və fiziki təhlükələrlə üz-üzə qalmasına gətirib çıxarır. Mütəxəssislərin fikrincə, dövlətin, hüquq-mühafizə orqanlarının və yerli icra qurumlarının bu məsələyə daha ciddi yanaşması vacibdir.

Sonxeber.az mövzu ilə bağlı sorğumuzda iştirak edən sosioloqların məsələyə yanaşmasını təqdim edir:

"Küçələrdə işləyən və ya dilənən uşaqların hekayələri bir-birindən fərqlidir. Bəziləri ailələrinə kömək məqsədilə bunu edirlər, bəziləri isə ailə üzvləri və ya başqa şəxslər tərəfindən məcbur edilir. Hər iki halda da bu uşaqların uşaqlıq haqları əlindən alınır. Əslində dövlətin əsas vəzifələrindən biri onların təhsil və təhlükəsizliyini təmin etməkdir.

Bəzən polislərin və digər qurumların bu hallara yetərincə həssas yanaşmadığı müşahidə olunur. Uşaqlar "qaraçı uşaqlarıdır" deyə etinasızlıq göstərilməsi isə ən təhlükəli yanlışlardan biridir. Hər bir uşaq kimliyindən asılı olmayaraq eyni hüquqa sahibdir. Onların dərs vaxtı küçədə olması təhsildən yayınmaq, gecə saatlarında küçələrdə qalması isə ciddi təhlükə deməkdir.

Azyaşlıların üzərinə ailəni dolandırmaq məsuliyyətinin qoyulması, onların uşaq yaşda evə pul aparmaq məcburiyyətində qalması həm psixoloji, həm də sosial travmalara yol açır. Bu, gələcəkdə cəmiyyət üçün də problemə çevrilə bilər".

Mütəxəssislər həmçinin bildirirlər ki, yerli icra hakimiyyətləri bu mövzuda daha aktiv olmalıdır. Onların əsas funksiyalarından biri ərazilərində yaşayan ailələrin sosial vəziyyətini yaxından izləmək, yardıma ehtiyacı olanları dəstəkləməkdir. Hər bir risk qrupuna daxil olan ailə qeydiyyata alınmalı, ünvanlı sosial yardım və nəzarət mexanizmləri işə salınmalıdır. Təəssüf ki, indiki vəziyyətdə icra orqanları bu məsələni lazımi səviyyədə izləyə bilmir.

Əgər uşaqlar küçələrdə başlı-başına buraxılarsa, bu, həm onların gələcəyini, həm də cəmiyyətin sabahını təhlükəyə atır. Ona görə də problemin həlli üçün dövlət qurumlarının, ictimaiyyətin və ailələrin birgə fəaliyyəti zəruridir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 636   Tarix: 17 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Alim Qasımovdan əl çəkin!

Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir

21 sentyabr