"Sumqayıt"a uduzduğu oyunda üç xal verildi - 8700 manatlıq cərimə
AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyuyət (0:3) verib.
Qaynarinfo xəbər verir ki, qərar qurumun bu gün baş tutan iclasında qəbul olunub.
Buna Misli Premyer Liqasında IV turun "İmişli" - "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.
Həmin oyunda "İmişli" komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilib.
Eyni zamanda, "İmişli" - "Sumqayıt" oyununun 90+4-cü dəqiqəsində "İmişli" komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, "İmişli" komandası 3000 manat cərimələnib.
Qarşılaşma zamanı "Sumqayıt" komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "Sumqayıt" komandası 5000 manat cərimə olunub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 702 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Messi İspaniya futbol klubunu alır
"İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən "Eldense" klubunun sahibləri ilə klubun alınmasının əsas şərtləri barədə razılığa gəlib. Qaynarinfo bu barədə "Marca"ya istinadən xəbər verir. Yayılan məlumata görə, argentinalı futbolç
9 sentyabrPSJ Mbappedən 60 min avro təzminat alacaq
"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl
16 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrAzərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabrÇempionlar Liqası: "Qalatasaray" "Sportinq'ə məğlub oldu
UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub. Günün maraqla gözlənilən görüşlərindən bir
10 sentyabrNəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli
18 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabr