"Bu gün azad edilmiş şəhərlərimizdə həyat sürətlə bərpa olunur" - DEPUTAT
"Azərbaycanın dövlətçilik tarixində xalqımızın əzmini, dövlətimizin gücünü və Prezident İlham Əliyevin qətiyyətli siyasətini əks etdirən ən parlaq səhifələrdən biri də 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. 2024-cü il 18 sentyabrda Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən bu gün, Azərbaycanın ərazi bütövlüyü uğrunda 30 illik mübarizənin və qazanılmış möhtəşəm Zəfərin rəmzidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.
O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bölgənin iqtisadi inkişafına və sakinlərin rifahına mühüm töhfə verir:
"2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Ermənistan silahlı birləşmələrinin qalıqları da torpaqlarımızdan tam çıxarıldı. Həmin ilin 15 oktyabrında isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızı ucaldaraq tarixi ədaləti bərpa etdi. Bu hadisə təkcə hərbi qələbə deyil, həm də xalqımızın uzun illər səbrlə gözlədiyi milli iradənin möhtəşəm təntənəsi oldu.
Dövlət başçısı həmin gün xalqa müraciətində deyirdi: "Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı ‘Allaha şükür’ deyir. Bu günü biz 30 ildən çox gözləmişdik, ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək." Bu sözlər illərlə davam edən mübarizənin, xalq-ordu-dövlət birliyinin və sarsılmaz əzmin parlaq ifadəsi idi.
Bu gün azad edilmiş şəhərlərimizdə həyat sürətlə bərpa olunur. Qarabağ Universitetinin yaradılması, Xankəndi və Xocavənddə sosial infrastruktur layihələrinin icrası, Xocalıda köç proseslərinin başlanması, Ağdərədə yeni yaşayış komplekslərinin istifadəyə verilməsi dövlətimizin ardıcıl və məqsədyönlü siyasətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bölgənin iqtisadi inkişafına və sakinlərin rifahına mühüm töhfə verir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız zəfərin deyil, həm də milli həmrəyliyin, əzm və iradənin rəmzidir. Bu gün biz həm qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anır, həm də Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində azad edilmiş torpaqlarımızda qürurla dalğalanan üçrəngli bayrağımızla fəxr edirik".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO