Gülanə Əliyevanın rəhbəri olduğu 250 saylı məktəbdə niyə pul yığılır?
Bakının Nizami rayonunda yerləşən 250 nömrəli məktəbdə direktor tərəfindən pul yığılması valideynlərin narazılığına səbəb olub.
Oxu.Az-a daxil olan müraciətdə iddia olunub ki, valideyn qrupunda pul yığılması tələb edilir.
"Mənim övladım 8-ci sinifdə oxuyur. Dərslərin başladığı iki-üç gündür, artıq valideyn qrupunda pul yığmağa start verilib", – deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq 250 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 8-ci siniflərdə pul yığılması ilə bağlı valideynlərin və müəllimlərin iştirakı ilə məktəbdaxili araşdırma aparılıb.
"Araşdırma zamanı məlum olub ki, 8c sinfində məktəb rəhbərliyinin xəbəri olmadan bir qrup valideyn tərəfindən öz təşəbbüsləri ilə vəsait toplanılıb. Lakin bəzi valideynlər narazı olduqları üçün təşəbbüs baş tutmayıb", – deyə məlumatda bildirilib.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) isə məsələ ilə bağlı Oxu.Az-a bildirilib ki, paytaxtdakı 250 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı qurum tərəfindən araşdırma aparılacaq.
"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", – deyə məlumatda vurğulanır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1369 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"
"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı
21 sentyabr