Hansı universitetlərdə dərslər 4 gün olacaq?

Hansı universitetlərdə dərslər 4 gün olacaq?Sentyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində bəzi ixtisaslarda dərslər həftədə 4 gün keçirilir. Digər universitetlərin tələbələrinə də maraqlıdır ki, onlarda da dərs qrafiki 4 gün ola bilər?

Bizim.Media mövzuyla əlaqədar bəzi universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, hazırda ADPU-da dərslərin 4 günlük rejimə keçirilməsi planlanmır.

Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova da bildirib ki, AZTU-da bakalavriat səviyyəsində dərslər 5 gün davam edir və hər hansı dəyişiklik olarsa ictimaiyyətə məlumat veriləcək.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin ( AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev isə qeyd edib ki, 4 günlük dərs qrafikinə keçmək dərs yükünün az olmasıyla əlaqəlidir. Bu, AZMİU-da əvvəlki illərdə olub. Bu il də bəzi ixtisaslarda tətbiq olunur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elnur Hadıyev universitetdə bakalavriat səviyyəsində dərs qrafikində dəyişikliyin olmayacağını bildirib. Ancaq magistraturada vəziyyət fərqlidir:

"ADNSU-da bakalavr təhsil səviyyəsində dərslər əvvəlki illərdə olduğu kimi 5 gündür. Yaxın gələcəkdə necə olacağıyla bağlı hələki qərar yoxdur. Ancaq magistraturada isə dərslər I kurslarda həftədə 3 gün, II kurslarda isə 4 gündür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2028   Tarix: 19 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycanda mayın 9-da 27 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl

8 may
.

Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində baş verən partlayışda ölən həkim Asif Nəsirov dəfn edilib. xəbər verir ki, onun dəfn mərasimi Göyçay rayonunun Qaraxıdır kəndində baş tutub. Dəfn mərasimindən görüntüləri təqdim edirik:

6 may
.

SPORT TV-dən dünənki yayıma reaksiya - Açıq yayım hüquqları bizdə deyil

TVNET Platformasına daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının Pay-TV (ödənişli televiziya - kabel tv, iptv, ott və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir. Qurumda

7 may
.

Akif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?

Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy

8 may
.

Dilənçiliklə məşğul olanlar cərimələnəcək

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu

6 may
.

Hava kəskin dəyişəcək, yağıntı intensivləşəcək

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarınd

7 may
.

Almaniya azərbaycanlı ailə ilə bağlı qərar verdi: Uşaqlar qaytarıldı (FOTO)

Ötən il xaricdə yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əllərindən alınan 2 övladı - Dəniz və Araz Abdullayevlər ailəyə qaytarılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib. O, təxminən 1 ildir davam edən məhkəmə prosesind

8 may
.

İranda "İsa Məsih" TUTULDU

İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha

6 may
.

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk

6 may