"Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı həm də siyasi və diplomatik mərkəzə çevrilməkdədir" - Günay Ağamalı
"Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı həm də siyasi və diplomatik mərkəzə çevrilməkdədir. Bu proses Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarla bağlı strateji baxışının və qətiyyətli siyasətinin nəticəsidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Şuşada keçirilən beynəlxalq tədbirlər, forumlar və yüksək səviyyəli görüşlər Cənubi Qafqazda yeni siyasi reallıqların məhz bu şəhərdən formalaşdığını sübut edir:
"Burada qəbul olunan qərarlar ölkəmizin və bütövlükdə regionun gələcək siyasi düzəninə təsir göstərir. Bu, Şuşanın tarixi kimliyinə, azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhuna hörmətin ən ali nümunəsidir.
Şuşanın diplomatik mərkəzə çevrilməsi Azərbaycanın qlobal nüfuzunun artmasının göstəricisi və Azərbaycanın müstəqil siyasət yürütmək gücünə, bölgədə sülhün və əməkdaşlığın əsas söz sahibinə çevrilməsinin təzahürüdür.
Şuşa tariximizin və mədəniyyətimizin simvolu, beynəlxalq münasibətlərin, siyasi dialoqun və yeni əməkdaşlıq istiqamətlərinin mərkəzi kimi öz rolunu təsdiq edir. Bütün bu proseslər Azərbaycanın gücünü, müdrik siyasətini və gələcəyə inamını ifadə edən tarixi mərhələdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO