"Uşağımın videolarını paylaşaraq pul yığırlar" - Yenilənib

"Uşağımın videolarını paylaşaraq pul yığırlar" - YenilənibBakının Xəzər rayon sakini Mirvari Turabova tanımadığı şəxs və ya şəxslərin qızının görüntülərindən istifadə edərək pul topladığını deyir.

"Qafqazinfo"ya müraciət edən şikayətçi bildirib ki, övladı Mələk Turabova anadangəlmə "spina bifida" (onurğa dağılması) xəstəliyindən əziyyət çəkir.

Qadın öz instaqram səhifəsində qızına aid video paylaşdığını əlavə edib: "Lakin bir müddət sonra gördük ki, tanımadığımız şəxs sosial şəbəkədə "meleyim43477" adlı səhifə yaradaraq kart hesabı paylaşır və bizim adımızdan pul toplayır. Tanınmış insanları paylaşıma işarələyərək onlardan da pul alır. Dəfələrlə ona yazaraq bu əməllərinə son qoymasını tələb etdik. Lakin hər dəfə yazdıqlarımıza cavab vermədən bizi bloka atır".

Mirvari Turabova məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdiklərini qeyd edib: "Mənə bildirdilər ki, əvvəlcə kartın sahibini tapmalıdırlar və banka sorğu göndərilib".

Ananın sözlərinə görə, sözügedən şəxslər övladının görüntüsünü paylaşaraq pul toplamağa davam edir.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, vətəndaşın azyaşlı övladının naməlum şəxs və ya şəxslər tərəfindən instaqram sosial şəbəsində şəklinin paylaşılması və xəstəlik vəziyyətindən istifadə edilərək pul toplanması ilə bağlı Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciəti daxil olub: "Müraciət əsasında həmin şəxsin müəyyən olunub saxlanılması üçün aidiyyəti qurumlara müvafiq sorğular göndərilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağı, tanımadıqları şəxslərə etibar edib kart hesablarına pul vəsaiti köçürməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1053   Tarix: 22 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr