Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi

Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdiÖtən ilin yazında Lənkəranda amansızlıqla qətlə yetirilən 22 yaşlı Könül Ağayevanın cinayət işi ilə bağlı daha bir nəfər məhkum edilib.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Könülün qatili Elvin İsmayılzadənin dostu Xəyal Səmədov xüsusilə ağır cinayəti gizlətməkdə təqsirli bilinib.

İstintaq müəyyən edib ki, 23 yaşlı Elvin şəxsi münaqişə zəminində Könül Ağayevanı öldürdükdən sonra bu barədə dostu Xəyala məlumat verib. Onlar birgə gənc qızın meyitini hadisə baş verən evin həyətindəki xəndəyə basdırıblar. Lakin Xəyal bu cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Bu əməllə o, "xüsusilə ağır cinayət törədilməsini bilib xəbər verməmə" və "xüsusilə ağır cinayətdən xəbərdar olub gizlətmə" cinayətlərini törətmiş olub.

Fotoda: Elvin İsmayılzadə

Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdiXəyal isə məhkəmədə ittihamla razı olmadığını, Elvin hədə-qorxu gəldiyi üçün cinayəti gizlətməyə məcbur qaldığını deyib: "Meyiti görən kimi polisə müraciət etmək istədim. Amma Elvin mənə hədə-qorxu gəldi. Dedi ki, polisə məlumat versən, qaçıb gedəcəyəm, ev də sənin olduğu üçün cinayət üstündə qalacaq. Həm də məni ailə-üzvlərimi öldürəcəyi ilə qorxutdu. Bu səbəblərdən susmaq qərarına gəldim".

Müdafiə tərəfi məhkəmədən gənc müvəkkilinin ifadəsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.

Yekun qərarla Xəyala xüsusilə ağır cinayətin törədilməsini bilərək xəbər verməmə maddəsi üzrə bəraət, həmin cinayəti gizlətmə maddəsi ilə 3 il həbs cəzası verilib.

Qeyd edək ki, qətlə yetirilən Könül Ağayeva hadisə vaxtı Lənkəran Dövlət Universitetinin dördüncü kurs tələbəsi olub. Onun qətlinə görə Elvin İsmayılzadə 19 il azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2277   Tarix: 22 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust