"Şuşa artıq Azərbaycanın beynəlxalq identitetinin ayrılmaz hissəsinə çevrilib" - AÇIQLAMA
"Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı deyil, həm də siyasi və diplomatik mərkəzə çevrilməkdədir. Burada keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qlobal mövqeyini gücləndirir. Şuşa Bəyannaməsi və digər mühüm sənədlərin məhz burada imzalanması təsadüfi deyil. Bu, Azərbaycanın dövlətçilik iradəsinin və müstəqil diplomatiyasının simvolik göstəricisidir".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, Şuşa, Qarabağın azad olunmasının siyasi nəticələrinin dünyaya nümayiş etdirildiyi meydandır:
"Şəhər artıq beynəlxalq görüşlərin, konfransların və strateji müzakirələrin ünvanına çevrilib. Burada keçirilən tədbirlər regionda yeni diplomatik mərkəzin formalaşdığını sübut edir. Azərbaycanın xarici siyasət kursunda Şuşa xüsusi çəkili mövqeyə sahibdir. Bu, həm də dövlətimizin suverenliyinin praktiki təsdiqidir. Şuşada keçirilən hər görüş beynəlxalq ictimaiyyətə güclü mesaj verir. Ermənistanın işğal siyasətinin iflasa uğraması və Azərbaycanın yeni reallıqlar yaratması Şuşada açıq şəkildə görünür. Diplomatik proseslərin buraya daşınması regionun siyasi xəritəsini dəyişir. Şuşa artıq Azərbaycanın beynəlxalq identitetinin ayrılmaz hissəsinə çevrilib. Burada imzalanan sənədlər gələcək onilliklərin istiqamətini müəyyənləşdirir. Şuşanın siyasi-diplomatik mərkəzə çevrilməsi həm də Türk dünyasının birliyinə təkan verir. Qardaş ölkələrin liderlərinin Şuşaya səfəri regional həmrəyliyin ən bariz nümunəsidir. Şuşa həm mədəniyyətin, həm də siyasətin qovuşduğu simvolik məkandır. Azərbaycanın gələcək diplomatik gündəliyində Şuşa daha da böyük rol oynayacaq".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO