Universitet müəllimi niyə cəmi 4 gün işləyə bilib? - "Məni istismar ediblər"
"Qərbi Kaspi Universiteti məni əmək müqaviləsi olmadan, müqavilə imzalamaq vədi ilə işlədib. Fənn proqramı, sillabuslar, mühazirələr yazdırıb, mühazirələr oxudub və heç bir rəsmi səbəb göstərmədən işdən azad edib".
"Qafqazinfo" xəbər verir ki, bu iddia ilə müəllim Yusif Yusifzadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, sentyabrın 15-də sözügedən özəl ali məktəbdə dünya ədəbiyyatı fənnindən müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, 4 gün işləyib. Amma dərs keçdiyi fakültənin dekanı ona zəng edərək həmin dərsi daha əvvəl tədris edən müəllimin analıq məzuniyyətində geri qayıtdığını bildirib. Y.Yusifzadə isə bu səbəblərə inanmır və universitetin onu istismar etdiyini deyir. O iddia edir ki, işdən sosial şəbəkələrdə paylaşdığı yazılarla əlaqədar azad edilib.
İddialarla əlaqədar Qərbi Kaspi Universitetinə müraciət etdik. Universitetin Filologiya və Tərcümə Məktəbinin dekanı Adilə Əsədova sorğumuza cavab olaraq bildirdi ki, Y.Yusifzadənin sosial şəbəkədə fəaliyyətinə görə ali məktəbdən uzaqlaşdırılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: "Qaydalara uyğun olaraq müəllimlər universitetdə işə götürülərkən əvvəlcə bir açıq dərs keçirlər. Yusif müəllim də Filologiya fakültəsində açıq dərs keçdi və dərsi müsbət qiymətləndirildi. Bundan sonra ona sınaq müddəti verildi. Biz müəllimə dərs saatı ayırmamışdıq. Sınaq müddəti olduğuna görə onunla müqavilə bağlanmamışdı. İllərdir həmin dərsi tədris edən və analıq məzuniyyətində olan müəllim geri qayıtdı. O kafedrada ştatlı müəllim olduğuna görə həmin dərs saatları o müəllimə verildi".
Y.Yusifzadənin istismar edilməsi ilə bağlı iddialarına gəlicə isə dekan bildirib ki, müəllimə sillabusu ali məktəb özü verib: "O özü həmin sillabusun üzərində bəzi dəyişiklik etmək istədiyini dedi və biz də razılaşdıq. Yusif müəllim bizdə cəmi 2 dərsə girib. Biz müəllim haqqında müsbət fikirdə olmuşuq və ona da bu barədə bildirmişik. Hətta Yusif müəllimə bildirmişik ki, növbəti vakansiya olarsa, ona müraciət edəcəyik. Onun işdən çıxarılması ilə bağlı heç bir başqa fikir yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 601 Tarix: 24 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 22 dərəcə isti olacaq
Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind
7 mayBakıda məşhur klinikada pasiyentin başına oyun açdılar
Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir. Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı "Denter
8 may60 bal toplayan müəllim uğurunun sirrini açıqladı
Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövrü üzrə test imtahanları davam edir. Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərdən biri də Reyhan Əliyeva olub. O, imtahandan 60 bal toplayıb. bu münasibətl
7 mayQubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir
"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini
6 mayMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu
Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü
7 mayMetro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində...
"Bakı Metropoliteni" QSC 9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək. səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May - Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararas
7 maySumqayıt stadionunda faciəvi hadisə
Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb. Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 199-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşka
7 may