İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İrəvana səfər edə bilər? - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana səfər edəcəkləri barədə iddia yayılıb.
Bu haqda Ermənistanın "Respublika naminə" partiyasının lideri Arman Babacanyan ölkəsinin "Civic.am" portalına müsahibəsində danışıb.
Bildirilib ki, liderlərin səfəri İrəvanda Avropa Siyasi Birliyinin sammitində iştirak üçün nəzərdə tutulub.
Babacanyanın sözlərinə görə, eyni zamanda ABŞ Prezidenti Donald Trampın da tədbirə dəvət edilməsi istiqamətində diplomatik səylər aparılır.
Partiya lideri qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin sammitdə iştirakı dialoqun və regionda dinc münasibətlərin möhkəmləndirilməsi yolunda vacib addım olacaq.
"İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə qatılacaqları ilə bağlı yayılan iddialar region üçün tarixi məna daşıya bilər" -bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Bu, ilk növbədə Azərbaycanın diplomatik gücünün, bölgədə yaratdığı yeni siyasi reallıqların bariz nəticəsidir. Əgər Azərbaycan Prezidenti İrəvana səfər edərsə, bu, Bakının müharibədən sonrakı geosiyasi üstünlüyünün ən açıq simvolu olacaq. Çünki Azərbaycan heç vaxt məğlub tərəfin şərtləri ilə deyil, qalibin şərtləri ilə masa arxasına oturur. Türkiyə ilə birlikdə bu səfərin gerçəkləşməsi regiondakı güc balansını daha aydın şəkildə ortaya qoyacaq. Ermənistan cəmiyyətinin belə bir səfərə psixoloji hazır olması da Azərbaycanın yaratdığı reallıqlarla bağlıdır. İndi Ermənistan qəbul edir ki, Cənubi Qafqazın gələcəyini Azərbaycan və Türkiyə müəyyən edir. Avropa Siyasi Birliyi sammitinin İrəvanda keçirilməsi fonunda Əliyev–Ərdoğan tandemi bir daha göstərir ki, regionun qapıları onların iradəsindən kənar açılıb-bağlana bilməz. Bu, həm də Azərbaycanın müstəqil xarici siyasət kursunun beynəlxalq miqyasda qəbul olunduğunu göstərir. ABŞ Prezidenti Donald Trampın dəvət ediləcəyi ehtimalı isə Bakının Qərb və Şərq arasında balanslı siyasətini daha da gücləndirir. Azərbaycanın İrəvandakı mümkün iştirakı Ermənistanın siyasi təcridini qırmaq yox, onu reallıqları qəbul etməyə məcbur etmək anlamına gəlir. Çünki sülh yalnız güc və qətiyyətlə təmin edilə bilər. Bu prosesdə Azərbaycanın mövqeyi açıqdır: ərazi bütövlüyümüz tanınıb, indi isə regionda normal münasibətlərə başlanmalıdır. Türkiyə mediasının "buzların əriməsi" ifadəsi də təsadüfi deyil – əslində, bu buzları əritmək gücü yalnız Azərbaycanın əlindədir. İrəvandakı sammitə qatılmaq Azərbaycanın güc nümayişi olmaqla yanaşı, onun qlobal diplomatiyada artan çəkisini də əks etdirəcək. Bu səfər baş tutarsa, regionun bütün siyasi xəritəsi bir daha Bakı və Ankaranın iradəsinə uyğun formalaşacaq. Nəticə etibarilə, Azərbaycan qalibin mövqeyindən çıxış edərək İrəvana sülh, güc və diplomatik üstünlüyünü daşıyacaq"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO