"Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq" - Bəhruz Quliyev
"27 sentyabr tarixi Azərbaycan xalqının taleyində həm hüzn, həm də qürur günü kimi əbədiləşib. Məhz bu gün 2020-ci ildə Vətən müharibəsi başladı və 44 gün davam edən həmin şanlı mübarizə xalqımızın tarixində dönüş nöqtəsinə çevrildi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix təkcə torpaqlarımızın azad olunması ilə yekunlaşmadı, həm milli birliyimizin, dövlətimizin qüdrətinin və xalqımızın əyilməz iradəsinin təntənəsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə yüzillik ədalətsizliyə son qoyaraq, işğal altındakı torpaqlarımızı geri qaytardı".
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O qeyd edib ki, Anım Günü sadəcə şəhidləri, keçmişi xatırlamaq deyil, həm də gələcəyə məsuliyyətlə yanaşmaq deməkdir. Bu gün biz şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyərək güclü, bütöv və müstəqil Azərbaycanı qoruyub möhkəmləndirməyi özümüzə borc bilirik:
"Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillərə milli iftixar mənbəyi kimi ötürüləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyə, B.Quliyev bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO