Qonşusunun hücumuna məruz qalan qadın 17 bıçaq zərbəsi alıb
Qonşusunu 17 yerindən bıçaqladı
İstanbulun Sancaqtəpə rayonunda dəhşətli hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, eyni binada yaşayan qadın, qonşusunun hücumuna məruz qalaraq 17 bıçaq zərbəsi alıb.
Hadisə bir neçə gün əvvəl Atatürk məhəlləsində qeydə alınıb. Məlumata görə, A.E. adlı şəxs hələlik bilinməyən səbəbdən qonşusu Ş.K.-ya hücum edib. Evdə tək olan gənc qadın, A.E. tərəfindən bədəninin müxtəlif nahiyələrindən 17 dəfə bıçaqlanaraq ağır yaralanıb.
Ətrafdakıların məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Qan içində yerdə tapılan Ş.K.-ya ilkin tibbi yardım göstərilib və o, İlhan Varank Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Hazırda qadının reanimasiya şöbəsində müalicəsi davam etdirilir və həyati təhlükəsinin olduğu bildirilir.
Hücumun ardından qaçmaq istəyən A.E. polis tərəfindən qısa müddətdə saxlanılıb. Onun 4 müxtəlif cinayətdən məhkumluğunun olduğu iddia edilir.
Şübhəli, polisdəki istintaq prosedurlarından sonra məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 784 Tarix: 29 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabr