Qiymət artımı bu avtobuslara şamil edilməyəcək
Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.
"Qafqazinfo"nun məlumatına görə, metroda və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.
Qiymət artımı metronu tam əhatə etsə də, avtobus marşrutlarının böyük hissəsini əhatə etməyəcək.
Belə ki, yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.
Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.
Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.
Dəyişiklik daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb
Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai
29 sentyabrAzərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,2 % çoxdur. Bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlə
25 sentyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm
24 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrBakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn
28 sentyabr