"İctimai nəqliyyatda gedişhaqqının artımı, xüsusilə, aşağı və orta gəlir qrupları üçün birbaşa sosial yük deməkdir" - AÇIQLAMA

"İctimai nəqliyyatda gedişhaqqının artımı, xüsusilə, aşağı və orta gəlir qrupları üçün birbaşa sosial yük deməkdir" - AÇIQLAMA"İctimai nəqliyyatda gedişhaqqının artımı, xüsusilə, aşağı və orta gəlir qrupları üçün birbaşa sosial yük deməkdir. Nəqliyyat xərcləri insanların gündəlik həyatının ən sabit və qaçılmaz xərclərindən sayılır. Və belə qərarlar fərqli sosial siniflərin nümayəndələrinin həyat keyfiyyətinə də fərqli formada təsir göstərir və təbəqələşməni daha da ciddiləşdirir. Orta gəlirlilər üçün bu, sadəcə gözəgörünməz xərc ola bilər, amma minimum maaşla yaşayan və ya günəmuzd işləyən insanlar üçün ciddi əlavə maddi yükdür".

Bunu Sonxeber.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev danışıb.

O, açıqlamasında qeyd edib ki, digər tərəfdən, nəqliyyat xərclərinin artması həm də sosial mobilizasiya imkanlarını məhdudlaşdırır:

"Gedişhaqqının qalxması ilə şəhər mərkəzi daha "əlçatmaz" olur və şəhərkənarı ərazilərin sakinləri üçün işə, təhsilə, gəzinti və istirahətə (bunlar nə qədər limitli olsa da) çıxışı daha da bahalaşdırır. Yəni, nə qədər kobud səslənsə də, qərar yalnız 10 qəpiklik bir qiymət artımı deyil, bu qərar "kimlər mərkəzə gedə bilər, kimlər isə kənarda qalmalıdır" probleminin struktural cavabıdır.

Yəni məsələ pulun özündən çox onun simvolik təsirindədir. Gedişhaqqının artması insanlara, dövlətin sosial həssaslığa nə qədər önəm verdiyini göstərir. Əgər bu artım nəqliyyat xidmətində ciddi keyfiyyət artımı ilə müşayiət olunmursa, köhnə xidmətə yeni qiymət biçirsə (ki bizdə bu belədir), bu, cəmiyyətdə sadəcə bahalı ictimai nəqliyyat xidməti üzərindən yox, daha dərin sosial ədalətsizlik hissindən qaynaqlanan bir etiraz yaradır.

Əlavə olaraq, nəzərə alsaq ki, alt təbəqənin zəruri ehtiyaclarının qiymətindəki bahalaşma az qala hər şeyin bahalaşmasına həm iqtisadi, həm də psixoloji zəmin yaradır, o halda mövzumuz artıq birmənalı şəkildə "10 qəpik" miqyasından çıxır və daha iriçaplı bir müstəviyə keçmiş olur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1369   Tarix: 30 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr