"Onlara səhv etmək imkanı verməliyik" - Nazir
"Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı verməliyik".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda innovasiya və sahibkarlıq mədəniyyətinin formalaşması erkən yaşlardan başlamalıdır:
"Sahibkarlıq yalnız ali təhsillə məhdudlaşmır, bunun təməli uşaq bağçasından və ibtidai sinifdən qoyulmalıdır. Risk götürmək, innovativ düşünmək – bunlar bilik və bacarıq deyil, münasibət məsələsidir. Bu münasibət valideynlərdən, məktəbdən, dostlardan, ümumi mühitdən formalaşır. Mənim şəxsi təcrübəm də bunu göstərir. Xaricdə magistr təhsili alanda ilk günlərdə fərqli düşüncə tərzinə uyğunlaşmaq çətin idi. Bu, bilik deyil, münasibət problemidir. Əgər insan belə mühitdə böyüməyibsə, birdən-birə ondan innovasiya gözləmək olmaz", - nazir əlavə edib.
E.Əmrullayev qeyd edib ki, məktəb səviyyəsində uşaqlara funksional savadlılıq – riyazi və verbal bacarıqlar, eyni zamanda fikir bildirmək, səhv etmək və səhvlərdən öyrənmək imkanı verilməlidir:
"Bizdə mədəniyyət olaraq səhv üçün çox az yer var. Halbuki sahibkarlıqda səhv etmək təbiidir və bu, qorxulu olmamalıdır. Əgər məktəbdə müəllimlər şagirdlərə belə bir mühit yaratsalar, bir neçə ildən sonra risk götürən gənclər universitetlərdə özlərini göstərəcəklər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 565 Tarix: 29 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Stresslə mübarizənin ƏN EFFEKTİV yolu açıqlandı
Stresslə necə mübarizə aparmağın yolları açıqlanıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru və yazıçı Mixail Xors yerli mətbuata danışıb. Mütəxəssisin fikrincə, stressin iki növü var: bioloji və emosional. Xors qeyd edib ki, "Bioloji stress həyatdak
7 mayMetro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində...
"Bakı Metropoliteni" QSC 9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək. səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May - Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararas
7 may60 bal toplayan müəllim uğurunun sirrini açıqladı
Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövrü üzrə test imtahanları davam edir. Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərdən biri də Reyhan Əliyeva olub. O, imtahandan 60 bal toplayıb. bu münasibətl
7 may"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ
Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus"
7 mayHacı Vəliyevə hökm oxundu
Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"
6 mayDilənçiliklə məşğul olanlar cərimələnəcək
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu
6 mayBaş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI
COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19
6 may