Prokurorluq qanunçuluğun zəmanətidir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən qurulmuş, onun dövlətçiliyə və xalqa sədaqəti ilə seçilən peşəkar kadr korpusu formalaşdırılmış və prokurorluq dövlətin mühüm sütunlarından birinə çevrilmişdir. Bununla da, Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları da müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun layiqli yerini tapmışdır. Ulu öndərin prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirərkən dediyi dəyərli kəlamları xatırlamaq yerinə düşərdi:
"…Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşıda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir…".
Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını və onun hüquqi bazasının təməlini ulu öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Ali qanunda ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm funksiyaları nəzərə alınmaqla, ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun statusu, təşkili, fəaliyyət prinsipləri və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.
Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "Prokurorluq haqqında" 7 dekabr 1999-cu il tarixli Qanun, həmçinin digər qanunvericilik aktları ("Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" və s.) nəticəsində prokurorluq orqanlarının fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılmışdır. 2002-ci ildə Konstitusiyaya edilən dəyişikliklə prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasını davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi sabitlik möhkəmlənmiş, sosial-iqtisadi inkişaf təmin olunmuş və insan hüquq və azadlıqlarının qorunması daha da güclənmişdir. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də mühüm rol oynamışdır.
Hazırda Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğu orqanlarında müasir tələblərə uyğun islahatlar həyata keçirilir, kadr siyasəti təkmilləşdirilir, qanunçuluq, milli maraqlar, insan hüquqları və azadlıqları etibarlı şəkildə qorunur.
Azərbaycan Prokurorluğu digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində işini uğurla davam etdirir.
Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elviz Salayev
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA