Bakıda dönərçi kuryeri döydü: 1200 manat cərimələndi
Bakının Nizami rayonunda, Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən "Mersin" restoranında insident baş verib. Restoranın dönərçisi Mikayıl adlı şəxs orada kuryer işləyən Naili döyüb.
Qaynarinfo-nun məlumatına görə, Mikayıl barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.
Məhkəmə materiallarından məlum olub ki, hadisə restoran sahibinin işdə olmadığı vaxt baş verib. Sifarişləri qəbul edən və çatdırılmasına nəzarət edən Mikayıl, kuryer Nailin iş yoldaşı ilə zarafatlaşaraq işləməkdən yayınmasına etiraz edib. O, Nailə "işləmək istəmirsə, müdiriyyətə bildirsin və işdən çıxsın" deyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Nail isə kafedən çıxaraq getmişdi.
Mikayıl onu izləyərək Qara Qarayev prospekti 24/67 ünvanının qarşısında saxlayıb və işə qayıtmasını tələb edib. Daha sonra qəflətən yumruqla onun çənəsinə zərbə vurub. Zərbə nəticəsində Nail yüngül xəsarət alıb – çənə və boyun nahiyəsində şişkinlik yaranıb.
Məhkəmənin hökmü ilə Mikayıl təqsirli bilinərək 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 697 Tarix: 30 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrMərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabr