"iPhone" almaq üçün böyrəyini satıbmış - FOTO

"iPhone" almaq üçün böyrəyini satıbmış - FOTOÇində gənclik illərində "iPhone 4" və "iPad 2" almaq üçün böyrəyini sataraq əlil qalan Van Şankunun hekayəsi yenidən ictimaiyyətin diqqətini cəlb edib.

Ölkə.Az xarici mediaya istinadla bildirir ki, 2010-cu ildə "iPhone 4" Çində yeniyetmələr arasında müasirliyin simvoluna çevrilmişdi. O vaxt Vanın 17 yaşı var idi və ailəsi kasıb olduğundan bahalı telefon almağa imkanı yox idi. Sosial şəbəkələrdə "böyrəyini satan yaxşı pul qazana bilər" elanını görəndən sonra Van bu barədə ailəsinə demədən gizli orqan alveri şəbəkəsinə müraciət edib.

2011-ci ildə Van qanunsuz əməliyyat keçirərək böyrəyini 20 min yuana (2011-ci ilin məzənnəsinə görə təxminən 3135 ABŞ dolları) satıb və həmin pula arzuladığı cihazları alıb.

Lakin evə qayıtdıqdan sonra anası bunu hiss edib və Van sonda böyrəyini satdığını boynuna alıb. Bir müddət sonra onda ağır infeksiyalar inkişaf edib, qalan böyrəyi isə sıradan çıxmağa başlayıb və təcili hospitalizasiya lazım olub.

2012-ci ildə Çin hakimiyyəti orqan alveri təşkilatçılarını həbs edib və məhkəmə onlara Vanın ailəsinə 1,48 milyon yuan ödəniş etməyi tapşırıb. Ancaq indi kişidə böyrəyin 75%-ə qədəri işləmir, o həmçinin yüksək hərarət, zəiflik və sidik zamanı qanaxmadan əziyyət çəkir.

Van etiraf edib ki, gənclikdə verdiyi bu qərar həyatındakı ən böyük səhv olub. Onun anası isə acı ilə bildirib ki, bəlkə də o vaxt oğluna telefon alsaydı, bütün bunlar baş verməzdi.

Bu hekayə Asiyada "iPhone"nun populyarlığı fonunda yenidən aktuallaşıb. Məqalədə vurğulanır ki, bahalı smartfonlar hələ də status simvolu olaraq qalır və gənclər bəzən yaşıdlarını təsirləndirmək üçün ciddi maliyyə risklərinə gedirlər.

"iPhone" almaq üçün böyrəyini satıbmış - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 4815   Tarix: 01 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl

20 sentyabr
.

İran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib

İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların

21 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad

20 sentyabr
.

Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd

20 sentyabr
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr