"Elvinə bel bağlamaq olmaz" - Video

"Elvinə bel bağlamaq olmaz" - Video"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin "Qarabağ"- "Kopenhagen" matçının oyunçusu seçilməsi haqda fikirlərini bölüşüb.

"Qafqazinfo" xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda oyundan sonra baş tutan mətbuat konfransında danışıb:

"Əlbəttə ki, buna sevinirəm. İlk olaraq, komandamın oyunçusunun seçilməsi. İkinci də, azərbaycanlının seçilməsi. Buna sevinirəm və böyük dəyər verirəm. Elvin heç də rahat futbolçu deyil. Dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub, sonra qalxıb. Elvində bir az stabillik çatışmır. Ancaq son matçlarda bir az özü də ciddiləşib. Bəlkə mən onunla daha ciddi rəftar edirəm. Ona bel bağlamaq olmaz. Hamımız ehtiyatlı olmalıyıq. İstənilən an öz bacarığından aşağı çıxış edə bilər. Bəlkə ona bir neçə il lazımdır ki, məsuliyyəti dərk etsin, daha ciddi və böyük olsun. Amma bir neçə ili gözləyəsi olsaq, işimiz yaxşı olmaz. Çalışırıq ki, hər şeyi əldə saxlayaq. Elvin daha ciddi olsa, futbol haqda çox fikirləşsə, potensialı bundan daha çoxdur.

- Sirr deyilsə, UEFA-nın oyunun ən yaxşı seçdiyi oyunçular beyninizdə olan seçimlərlə nə dərəcədə üst-üstə düşür?

- Heç birini ayırmaq istəməzdim. Çünki burada hər birinin haqqı var. Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, digəri taktiki yaxşı oynadı. Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi. Məndən olsa, futbolçuların hamısını seçərdim.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1697   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında növbəti mərhələyə yüksəlib

Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının ikinci günüdə Azərbaycan millisinin daha 3 bokçusu mərhələ adlayıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından bildirilib. Alsu Yafarova (54 kq) 1/8 finalda Hanna Belyankova (Belarus) ilə döyüşüb. Boksçumuz ilk raundda rəqibinə ta

5 oktyabr
.

Ferhat Gündoğdu da həbs edildi

Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin sədri (MHK) Ferhat Gündoğdu həbs edilib. Bu barədə "Haber Global"a istinadən məlumat verir. Bildirilir ki, "Hakimlər dosyesi" istintaqı çərçivəsində saxlanılan və aralarında MHK Prezidenti Ferhat Gündoğdunun da olduğ

3 oktyabr
.

Elvin Cəfərquliyev meydana nə vaxt qayıdacaq?

Zədəli olan "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin son durumu açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib:. "Elvin Cəfərquliyevin müalicə və reabilitasiya prosesi mərhələli şəkildə klubun tibbi heyətinin nəzarəti altınd

8 oktyabr
.

"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib. xəbər verir ki, Gəncə təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2

2 oktyabr
.

"Səbail" komandası hücumçu Mbup Babakarı heyətinə cəlb edib

"Səbail" komandası hücumçu Mbup Babakarı heyətinə cəlb edib. Bu barədə -a paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirilib. 24 yaşlı hücumçu ilə "1+1" illik müqavilə bağlanıb. Qeyd edək ki, Mbup Babakarın son klubu Serbiya Superliqasında çıxış edən "Radniçki" olub

7 oktyabr
.

Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. -ın məlumatına görə, milli üzvü 1/32 finaldaı ispaniyalı Ai Tsunoda Roustanta uduzub. Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərində

8 oktyabr
.

Rusiyalı Avropa və dünya çempionu Matvey Kanikovski yarışlardan kənarlaşdırılıb

Beynəlxalq Test Agentliyi rusiyalı cüdoçu Matvey Kanikovskinin yarışlarda iştirakını müvəqqəti dayandırıb. TASS-a istinadən xəbər verir ki, 24 yaşlı idmançıdan martın 15-də götürülmüş nümunədə qadağan olunmuş maddə aşkarlanıb. Xatırladaq ki, 100 kq çəki dərəcəsində çıxış edən Matvey Kanikovski 2025-c

30 sentyabr
.

Maykl Cordana məxsus forma hərracda 12,26 milyon dollara satılıb

ABŞ-nin "Çikaqo Bulls" komandasının heyətində 6 dəfə NBA çempionu olan əfsanəvi basketbolçu Maykl Cordana məxsus və oyun zamanı geyinilmiş forma hərracda 12,26 milyon dollara satılıb. xəbər verir ki, bu barədə "Joopiter" hərrac evi məlumat yayıb. 63 yaşlı keçmiş idmançı həmin ağ rəngl

1 oktyabr
.

Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb

Azərbaycan Basketbol Liqasının (ABL) I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb. Bu barədə -a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib. I turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan "Naxçıvan" - "Neftçi" qarşılaşması baş tutmayacaq. Buna səbəb "Neftçi"ni

1 oktyabr