"Qələbəni Kopenhagendə olan Prezidentə həsr edirəm" - Video

"Qələbəni Kopenhagendə olan Prezidentə həsr edirəm" - VideoXəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində Danimarkanın "Kopenhagen" komandasını 2:0 hesabı ilə məğlub edib.

"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisinin Prezidenti Tahir Gözəl matçdan sonra açıqlama verib:

"Biz bu yaxınlarda zəfərimizi yad etdik. Mən bu möhtəşəm tarixi qələbəni əziz şəhidlərimizə, qazilərimizə, xalqıma və Kopenhagendə olan Prezidentə həsr edirəm. Bu möhtəşəm bir zəfərdir, çox qürurluyuq. Artıq bütün dünya "Qarabağ"dan danışır və danışacaq. Bu oyun sübut etdi ki, "Benfika" təsadüfi deyildi, "Qarabağ" Avropada oyununu oynayır və Avropanın ən böyük klublarına qarşı öz stilini sübut edir.

Güman edirəm ki, komandamız bundan sonrakı oyunlarda da Azərbaycanın, Qarabağın adını zirvələrə ucaldacaq. Komandanın Prezidenti kimi, hər zaman qələbə qazanmalıyıq kimi gözləntim yoxdur. Gözləntim sadəcə budur ki, ürəklə, canla-başla necə ki bu oyunları keçirək, həmçinin digər oyunlarda da əlimizdən gələni edək.

Komandamızın 4-cü sırada olması möcüzəvidir. Hesab edirəm ki, 1-2 bərabərlik, bir zəfər də olsa, bəlkə də bir sonrakı tura adalaya bilərik. Artıq belə bir hədəfimiz var. Növbəti turda İspaniyaya səfər edəcəyik. Əvvəl "Atletiko Madrid"lə oynamışıq. Hər 2 oyunda axır 20 dəqiqədə 1 xaldan az oynamışıq. Biz özümüzə inanırıq və xalqımıza möcüzəvi bir tarix yaşatmaq istəyirik".

Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki rəqibi olan "Benfika" üzərindəki möhtəşəm qələbəni də Azərbaycan Prezidenti İlham Əliyevə həsr etdiyini açıqlamışdı.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 833   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya

17 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

Çempionlar Liqası: "Qalatasaray" "Sportinq'ə məğlub oldu

UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub. Günün maraqla gözlənilən görüşlərindən bir

10 sentyabr
.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

16 sentyabr
.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr