Zərgər insanları aldadıb qaçdı, aldadılan vətəndaşlar qızıl vitrininə hücum etdi - ŞOK HADİSƏ
İstanbulun Bahçelievler rayonunda inanılmaz hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Umut U. adlı zərgər ətrafındakı müştərilərdən və tanışlardan "investisiya məqsədilə" topladığı qızıllar yoxa çıxıb.
Müştərilər zərgəri tapa bilmədikləri üçün dükana gəlib, qapıların bağlı olduğunu görərək dələduzluğa məruz qaldıqlarını anlayıblar. Bir müddət sonra əsəbiləşən insanlar dükanın qıfılını qıraraq içəri daxil olub və vitrindəki bilərzikləri götürməyə çalışıblar. Lakin qızılların saxta – imitasiya olduğu üzə çıxıb.
Hadisə ilə bağlı polis əməkdaşları əraziyə cəlb olunub və şikayətləri qəbul edib. Məsələ ilə bağlı araşdırma başladılıb.
Müştərilərdən Türkan Sadık, 250 qram qızılını zərgərə verdiyini bildirərək belə deyib:
"Qızıllarımızı aldı, yoxa çıxdı. Dünəndən bəri onu tapa bilmirik. Hazırda eyni vəziyyətdə olduğumuz 100-dən çox insan var. Hər kəsin pulunu və qızılını götürüb qaçıb."
Başqa bir vətəndaş Faruk Yalman isə 106 min TL verdiyini, üç bilərzik almaq istədiyini, amma zərgərin pulu və qızılları toplayaraq yoxa çıxdığını bildirib:
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 719 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabr