19 yaşlı gənc mübahisə zəminində 51 yaşlı kişini qətlə yetirdi
İstanbulun Gaziosmanpaşa rayonunda 19 yaşlı Yunus Emre S., küçədə mübahisə etdiyi Celil Arslanı (51) bıçaqlayaraq öldürüb. Şübhəli polis tərəfindən saxlanılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə 30 sentyabr saat 02:50 radələrində Karadeniz məhəlləsində baş verib. Dostu ilə birlikdə yolda gedən Celil Arslan qarşılaşdığı şəxs ilə mübahisəyə başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxs qəfil əlindəki bıçaqla Arslana zərbə endirib. Yaralı qan içində yerə yıxılıb və hadisə yerində həyatını itirib. Hücum edən şəxs isə qaçaraq izini itirib.
Cinayət Büro əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, şübhəli hadisədən əvvəl Arslanı bir müddət izləyib. Təhlükəsizlik kameralarının görüntülərindən onun kimliyi müəyyən edilib. Daha sonra Yunus Emre S. polis tərəfindən gizləndiyi evdə saxlanılıb.
Şübhəli ifadəsində cinayəti etiraf edib və Arslanın anasına mesaj yazdığını iddia edərək mübahisənin bu səbəbdən baş verdiyini söyləyib. O, hadisə anında özünü itirdiyini və nə etdiyini xatırlamadığını bildirib. Evdə aparılan axtarış zamanı cinayətdə istifadə olunan bıçaq da tapılıb.
Polis bölməsindəki ifadəsinin ardından məhkəməyə çıxarılan Yunus Emre S. barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 745 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabr