Azərbaycan estradasında bir ilk - 31 ifaçı "Best of Aygun" layihəsində

Azərbaycan estradasında bir ilk - 31 ifaçı "Best of Aygun" layihəsindəYaradıcılığı boyu hər zaman yeniliklərə imza atan Xalq artisti Aygün Kazımova Azərbaycan estrada musiqisində daha bir ilkə imza atıb. Pop diva bu dəfə 40 illik musiqi irsini bir neçə sənət dostlarının ifasında dinləyicilərə təqdim edib.

Sonxeber.az xəbər verir ki, ölkənin əsas ulduzu bunun üçün 31 sənət nümayəndəsini bir araya toplayıb. Aralarında Xalq, Əməkdar artistlərin, gənc ifaçıların da yer aldığı sənətçilər Pop kraliçanın repertuarından əfsanəyə çevrilən əsərləri ilə yanaşı, dillər əzbəri olan hitlərinə yeni nəfəs veriblər.

"Best of Aygun - All stars" adlı alboma daxil olan ifaçılar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Gülay Zeynalova, İlhamə Qasımova, İradə İbrahimova, Səidə Sultan, Miro, Azad Şabanov, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal, Ayaz Babayev, Ayan Babakişiyeva, ModTeen, Yap10, Rəsul Əfəndiyev, Elnarə Xəlilova, Dilarə Kazımova, Elvin Babazadə, Murad Arif, Nərmin Kərimbəyova, Mehin Hümbətova və Nuran, Kazım Can, Fərid Mailov, Xatun Əliyeva və "Döngə" qrupu yer alıb.

Divanın qızı İlqarə Kazımova da anasının repertuarından ən ikonik mahnılarından biri, 30 ilə yaxındır gündəmdən düşməyən "Karie qlaza" mahnısını albom üçün səsləndirib.

Tribyut albom (Bir sənət adamına hörmət olaraq hazırlanan xüsusi albomdur. Bu cür albomlarda bir sənətçinin məşhur mahnıları başqa ifaçılar tərəfindən yenidən səsləndirilir - red.) üzərində 7 ay böyük komanda çalışıb. Hətta Kazımovanın mahnılarını bundan əvvəl oxuyan ifaçılar onu yenidən aranjiman etdirərək, fərqli formada hazırlayıblar.

Böyük əmək sərf olunan albom dijital platformada sevənlərin ixtiyarına verilib.

"Best of Aygun - All stars" albomunda yer alan bəzi ifaları dinləyicilər bundan əvvəl eşitsələr də, bir çoxu ilk dəfə təqdim olunub.

Bu layihə həm Aygün Kazımovanın sənətə verdiyi töhfənin dəyərini, həm də Azərbaycan musiqisində unikal və tarixə düşəcək bir addım kimi qiymətləndirilir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1239   Tarix: 03 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib

12 sentyabr
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21 sentyabr
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

13 sentyabr
.

Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin

18 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO

Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə

5 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr
.

Məşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO

Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser

4 sentyabr
.

Ayseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad

5 sentyabr