"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu
İnnovasiya lideri "Bakcell" Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən "İnnovasiyalar və süni intellekt" adlı konfransın əsas tərəfdaşı olub.
Konfransda dövlət qurumları, beynəlxalq təşkilatları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt və innovasiyaların tətbiqlərini müzakirə etmək, dövlət və özəl qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək olub.
"Azərbaycanın süni intellekt hekayəsi – innovasiyaya rəhbərlik edən yerli təşəbbüskarlar" adlı panel müzakirəsində "Bakcell"in baş icraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin Azərbaycanda telekommunikasiya sahəsində innovasiya və süni intellekt üzrə həyata keçirdiyi yerli və beynəlxalq layihələrdən, eləcə də, "Bakcell"in məhsul və xidmətlərində ən son texnoloji həllərin tətbiq imkanlarından danışıb.
Bundan əlavə, Klaus Müller "İnnovasiya və süni intellektin Azərbaycanın rəqəmsal inkişafına təsiri" adlı dialoq formatında interaktiv fikir mübadiləsində iştirak edib.
"İnnovasiya və süni intellekt "Bakcell"in strateji inkişafının əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarası əməkdaşlıq fəaliyyəti və davamlı təşəbbüslər milli innovasiya və texnologiya ekosisteminin gücləndirilməsi üçün vacibdir",- deyə o vurğulayıb.
"Bakcell" innovasiyalar və süni intellektin tətbiqini strateji prioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanın innovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 640 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrAzərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabr