100 yaşlı yapon: "Bu məşqlə ömrümüz uzanır"

100 yaşlı yapon: "Bu məşqlə ömrümüz uzanır"Yaponiya yeni dünya rekorduna imza atıb. Ölkədə artıq 100 minə yaxın insanın yaşı 100 və ya daha çoxdur. Bu göstərici ardıcıl 55 ildir artır və uzunömürlülüyün yalnız təsadüf deyil, mədəniyyət və sağlam həyat tərzi nəticəsi olduğunu sübut edir.

Lent.az xarici mediaya istinadla ölkədəki uzunömürlülüyün səbəbləri barədə xəbər verir.

Mütəxəssislər qeyd edir ki, yaponların sağlam və uzun ömür sürməsinin sirri nəsildən-nəslə keçən vərdişlərdədir:

Hərəkət – hər yaşda həyat deməkdir. Yaponlar mürəkkəb idman proqramları yerinə hər səhər sadə, amma təsirli "Radio Taiso" gimnastikasını edirlər. 1920-ci illərdən etibarən ölkə üzrə yayımlanan bu 10 dəqiqəlik məşq bədənin elastikliyini və tonusunu qorumağa kömək edir.

Pəhriz – təbii dərman. Yapon mətbəxi əsasən balıq, tərəvəz, tofu və düyüdən ibarətdir. Bu qidalanma tərzi orqanizmi Omega-3 və digər vacib maddələrlə təmin edir, zərərli yağların qəbulunu minimuma endirir. Nəticədə ölkədə piylənmə səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir.

Profilaktika və ölçülülük. Duzun məhdudlaşdırılması, müntəzəm tibbi müayinələr və həyatın bütün sahələrində ölçülülük sağlamlığın möhkəm bünövrəsini yaradır.

Bu amillər sayəsində Yaponiyada orta ömür uzunluğu təxminən 84,5 ildir, 90 yaşdan sonra da aktiv və müstəqil yaşayan insanlar çoxdur.

Cəmiyyətin yaşlılara münasibəti
Yapon mədəniyyətində yaşlı nəsil hörmətlə qarşılanır. Qocalıq zəifləmə dövrü kimi deyil, bilik və təcrübə paylaşma mərhələsi kimi qəbul olunur.

Hər il sentyabrda Yaponiya Yaşlılara Hörmət Günü (Keiro no Hi) qeyd edir. Yeni 100 yaşlı yubilyarlar baş nazirin şəxsi məktubu və xatirə gümüş kasası ilə təbrik olunurlar. Bu, yalnız şəxsi uğur deyil, bütün ölkə üçün bayram sayılır


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 591   Tarix: 05 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı

İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd

19 sentyabr
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr