Zelenski Rusiyaya qarşı yeni sanksiyalar elan etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi sənayesi və neft sektoruna qarşı yeni məhdudiyyətlər qoyub.
Oxu.Az xəbər verir ki, Zelenski bu barədə özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, birinci fərman müddəti bitən sanksiyaları uzadır və rusiyalı sahibkarlara şamil edilir. İkinci fərman Rusiyanın hərbi sənaye müəssisələrinə, xüsusən də dron və onların komponentlərinin istehsalçılarına məhdudiyyətlər qoyur.
Zelenski bildirib ki, üçüncü sənəd Rusiyanın neft sektoru ilə əlaqəli şəxslərə və şirkətlərə aiddir.
"Biz həmçinin Avropa İttifaqından yeni sanksiyaları, 19-cu paketi və ABŞ-dən müvafiq addımlar gözləyirik", - deyə Ukrayna lideri əlavə edib.
Sentyabrın 19-da Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təqdim edib. Buraya Rusiya hərbi sənaye kompleksinə yardıma görə üçüncü ölkələrə qarşı sanksiyalar, 2027-ci ilə qədər Rusiyanın mayeləşdirilmiş təbii qazına qadağa, Rusiya, Hindistan və Çinin sənaye sahələrinə daha sərt ixrac nəzarəti və digər tədbirlər daxildir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 649 Tarix: 05 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrAğ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi
Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd
17 oktyabrMisir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18 oktyabrABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib
ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar
17 oktyabrMakron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
18 oktyabr