Bakıda "Ayfon 17″yə görə izdiham: yüzlərlə insan tələyə düşdü (FOTO)
Sentyabrın 26-da Bakıda elektronika mağazalarından birində çəkilən görüntülər diqqət çəkib. Belə ki, kadrlarda ciddi izdiham yaşandığı, yüzlərlə şəxslərin "Ayfon 17" seriyası almaq üçün sıraya düzüldüyü görünüb. Sözügedən model təqdim edildikdən sonra bütün dünyada olduğu kimi Azərbaycanda da çox sayda insan telefonu əldə etmək üçün səfərbər olub, nəticədə yeni seriyanın satışı gün ərzində bitib. Ümumiyyətlə bu tendensiya son illərdə intensiv şəkildə müşahidə olunur. Qısa müddətdən bir telefonun yeni modelinin yayımlanmasına baxmayaraq, insanlar əvvəlkini az vaxtda istifadə etsələr belə, təzəsini almağa çalışırlar. Hətta birinin krediti bitmədən digərini arzulayanlar, buna görə əlavə xərcə girənlər kifayət qədərdir.
Bu axımın səbəbi nədir? Xüsusilə sosial təminatın zəif olmasından şikayətlənən insanların belə bu addımı atması nədən qaynaqlanır? Məsələ marketinq taktikasıdır, ya cəmiyyətdəki psixoloji boşluq?
Azmedia.Az xəbər verir ki, globalinfo.az-a danışan psixoloq Nərmin Ağayeva deyib ki, bu, marketinq oyunudur:
"Marketinq yalnız məhsulu tanıtmır, həm də "bunu almayan geridə qalır" mesajını ötürür. Malların məhdud sayda təqdim olunması isə itirmə qorxusu yaradır və kütləvi marağa səbəb olur. Digər tərəfdən, psixoloji amil də rol oynayır. Yəni insanlar çox vaxt özlərini dəyərli hiss etmək üçün bahalı əşyalar almağa çalışırlar".
Psixoloq bildirib ki, insan yeni telefon aldıqda müvəqqəti emosional rahatlıq tapır:
"Bu, psixoloji boşluqların kompensasiya mexanizmi kimi işləyir. Sosial təminat zəif olsa belə, bəziləri heç olmasa texnologiyadan geri qalmaq istəmir. Nəticədə həm marketinq strategiyaları, həm də psixoloji ehtiyaclar birləşərək kütləvi tendensiyalara səbəb olur. Çünki müasir cəmiyyətlərdə telefon, xüsusən də "Ayfon" sadəcə rabitə vasitəsi deyil, sosial status göstəricisidir. İnsanlar ən son modeli əldə etməklə, ictimai mühitdə öz mövqeyini nümayiş etdirmək istəyir. Psixoloji baxımdan bahalı və məşhur bir markaya sahib olmaq şəxsin özünəinamını artırır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1509 Tarix: 07 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda blokdan 650 manatlıq velosiped oğurlayan şəxs saxlanıldı
Bakının Xətai rayonunda velosiped oğurlayan şəxs saxlanılıb. xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı Q.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, velosipedi oğurlayandan sonra elan saytlarını
25 avqustAzərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır
Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşıb. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı qarşılıqlı etimad və səmimi dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına güclü impuls verib. Nəticədə münasibətlər stratej
25 avqustBu dondurmanın satışı qadağan edildi - Fotolar
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib. "Qafqazinfo" xəbər verir ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərə
25 avqustÖzbəkistanla yüksəksəviyyəli intensiv təmaslar effektiv nəticələr doğurur
Prezident İlham Əliyevin Özbəkistana avqustun 23-də başlayan dövlət səfəri son iki il ərzində Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı şəkildə reallaşdırdıqları sayca 3-cü dövlət səfəridir. 2024-cü ildə İlham Əliyev Daşkənddə, 2025-ci ildə Şavkat Mirziyoyev Bakıda dövlət səfərində olub. Bel
25 avqustPolad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar
Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb. "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiy
25 avqust"Hadrut fatehi"nin xanımı da tələbə oldu
Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən müharibəsi şəhidi Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb. Bu barədə "Qafqazinfo"ya şəhid xanımı özü məlumat verib. Fatimə İsmayılova Odlar Yurdu Universitetində "Turizm işinin təşkili"
25 avqust