Restoranda gizli çəkiliş edən müştəri cinayət törədir? - AÇIQLAMA

Restoranda gizli çəkiliş edən müştəri cinayət törədir? - AÇIQLAMASosial şəbəkələrdə insanların razılığı olmadan foto və videolarının paylaşılması halları son illər artmaqdadır. Bəzən bu paylaşımlar "zarafat" və ya "ictimai maraq" adı altında təqdim olunsa da, əslində, şəxsi həyata ciddi müdaxilə hesab olunur və qanunla qadağandır.

Bəs görəsən restoranda gizli çəkiliş edən müştəri cinayət törədir? Şəxsi məxfilik və ictimai yerlərdə video çəkmənin hüquqi sərhədləri nədir?

Bu barədə vəkil Rəşad Əliyev Sonxeber.az -a açıqlama verib:

"Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ təsbit edilib və öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Bu, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci - şəxsi toxunulmazlıq hüququnu müəyyən edən maddəsində təsbit edilib.
Həmçinin bu maddənin tələbinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Restoranda gizli çəkiliş edən müştəri cinayət törədir? - AÇIQLAMABeləliklə, şəxsin razılığı olmadan sosial şəbəkədə foto və ya video formasında şəxsi görüntüsünün paylaşılması bu baxımdan yolverilməzdir.

Cinayət Məcəlləsinin 156-cı maddəsində isə şəxsi həyata toxunulmazlığını pozulmasına görə məsuliyyət müəyyən edir. Bu maddəyə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılmasına yol verən şəxslər 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, yaxud məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 872   Tarix: 09 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr