"Düşənbə görüşü Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər" - AÇIQLAMA

"Düşənbə görüşü Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər" - AÇIQLAMA"Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında Düşənbədə baş tutan təkbətək görüş Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji inteqrasiyanın daha bir vacib həlqəsi kimi dəyərləndirilə bilər. Əslində, bu görüş təkcə ikitərəfli münasibətlərin təfərrüatı deyil, həm də Türk dünyası və Mərkəzi Asiya ölkələri arasında artan koordinasiyanın bir göstəricisidir".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

"Düşənbə görüşü Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, Tacikistan hələlik Türk Dövlətləri Təşkilatına üzv olmasa da, Bakı ilə əlaqələrin son illərdə dinamik şəkildə genişlənməsi bu ölkənin regionda neytral, balanslı siyasət yürütmək istəyi ilə bağlıdır:

" Azərbaycan-Tacikistan əlaqələri enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və sənaye sahələrində strateji əməkdaşlıq potensialına malikdir. Prezidentlərin Düşənbə görüşü bu sahələrdə konkret layihələrin təməlinin qoyulmasına, xüsusən də Zəngəzur dəhlizi və Orta Dəhliz kontekstində yeni nəqliyyat marşrutlarının Tacikistan üçün açılmasına imkan yarada bilər.

Bu görüşün siyasi tərəfi də az əhəmiyyət daşımır. Rəhmonun Bakı ilə əməkdaşlığı gücləndirməsi Mərkəzi Asiya ölkələrinin Azərbaycanı regionda sabitlik və enerji təhlükəsizliyi mərkəzi kimi qəbul etməsinin sübutudur. Prezident İlham Əliyevin praqmatik, iqtisadi əsaslara söykənən regional siyasəti Tacikistan kimi qeyri-Türk, lakin dost ölkələrin də maraqlarına cavab verir.

Nəticə etibarilə, Düşənbə görüşü Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər – bu mərhələ qarşılıqlı iqtisadi maraqların, siyasi etimadın və regional strateji baxışın üst-üstə düşməsi ilə xarakterizə olunacaq. Bu, həm də Azərbaycanın Mərkəzi Asiyada artan nüfuzunun və İlham Əliyevin çoxvektorlu diplomatiyasının real nəticəsidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1189   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

"Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında bildirib. "Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illə

13 oktyabr
.

Kambocadan Azərbaycana səfirlik açmaq təklifi

Kamboca Azərbaycana Pnompendə səfirlik açmağı təklif edib. xəbər verir ki, bu fikirləri Kamboca Ticarət Palatasının prezidenti Neak Oknha Kith Azərbaycan-Kamboca biznes forumunda deyib. O bildirib ki, turizmə sərmayə və ticarəti sürətləndirmək üçün birbaşa uçuş da həyata keçirilməlidir:. "Azərbayca

12 oktyabr
.

Azərbaycan Prezidenti: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

"Siyasi münasibətlərimiz güclüdür, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edirik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarə

12 oktyabr
.

İlham Əliyevin adından Laos prezidentinin şərəfinə rəsmi nahar verilib - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavin

13 oktyabr
.

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib

2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti il

12 oktyabr
.

İlham Əliyevin Laos prezidenti ilə təkbətək görüşü olub - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verib

13 oktyabr
.

İlham Əliyev: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

"Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumlar

12 oktyabr
.

Prezident: "Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"

"Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident

12 oktyabr
.

İlham Əliyev üç ölkə ilə imzalanmış sənədləri təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbayca

12 oktyabr