Bələdiyyə işçisi həmkarını boğazından kəsərək öldürdü

Bələdiyyə işçisi həmkarını boğazından kəsərək öldürdüAntalyanın Manavqat rayonunda bələdiyyə işçisi həmkarını boğazından bıçaqlayaraq öldürüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə oktyabrın 9-da baş verib. Manavqat Bələdiyyəsinin Təmizlik İdarəsində çalışan Gökhan Mutlu, həmkarları Nurullah G. və Mehmet Özkaynak ilə birlikdə səhər saatlarında zibil toplamağa çıxıb. Onlar Sülek–Hacısali yolu üzərində işləyərkən Mutlu, zibil maşınının sürücüsü Mehmet Özkaynakı boğazından bıçaqlayaraq qətlə yetirib.

Hadisə şahidi olan Nurullah G. ifadəsində bildirib ki, "Zibili almağa getdiyim vaxt maşından səslər eşitdim. Geri dönəndə kabinədə Gökhan ilə Mehmetin boğuşduğunu gördüm. Qapını açanda Mehmet oturacaqda hərəkətsiz idi, Gökhan isə qaçmışdı"

Cinayətdən sonra hadisə yerindən qaçan Gökhan Mutlu təxminən 5 kilometr uzaqda yerləşən Hacıobası kəndi yaxınlığındakı yol nəzarət məntəqəsinə gedərək polisə təslim olub.

Polis tərəfindən saxlanılan Mutlu ifadəsində həmkarının davranış və danışıq tərzindən narazı olduğunu, çox sürətli avtomobil idarə etdiyini və xəbərdarlıqlarına məhəl qoymadığını deyib. O, bu səbəbdən Mehmet Özkaynakı öldürməyi əvvəlcədən planlaşdırdığını və etdiyi əməldən peşman olmadığını etiraf edib.

Gökhan Mutlu məhkəmənin qərarı ilə həbs olunaraq Manavqat S Tipli Qapalı və Açıq Cəzaçəkmə müəssisəsinə göndərilib.

Hadisə ilə bağlı istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 988   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı

Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1

11 oktyabr
.

Bakı sakininin maşını Şuşada minaya düşdü

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili

28 sentyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30 sentyabr
.

Burulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların

29 sentyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr