Aysel Teymurzadə İLK DƏFƏ AİLƏSİNDƏN DANIŞDI: "Dünyaya fərqli gözlərlə baxıram..."

Aysel Teymurzadə İLK DƏFƏ AİLƏSİNDƏN DANIŞDI: "Dünyaya fərqli gözlərlə baxıram...""Bu illəri özümə, daxili inkişafa, təhsilə, meditasiya təcrübəsinə, mənəvi axtarışlara, ailə və uşaqlara, ana olmağın qayğılarına həsr etdim".

Sonxeber.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən Aysel Teymurzadə deyib. Uzun müddət sonra "The most" üçün obyektiv qarşısına keçən Aysel fotosessiya etdirib və müsahibə verib.

Sənətçi ailəsindən, musiqiyə fasilə verdiyi dövrdən danışıb:

"Hər səhər meditasiya edərək, fəlsəfə və ədəbiyyat öyrənməklə, yoqa ilə məşğul olub, həyat, incəsənət, təbiət və insanlar haqqında çox fikirləşərək vaxt keçirdim. Dünyaya fərqli gözlərlə baxıram - daha açıq və səmimi. Meditasiyalar vasitəsilə harmoniya, sakitlik və dərinlik tapdım. Ən əsası mən ideal olmağa çalışmıram, ən əsası təbii oluram.

Bəlkə də ən vacib mantra budur: "Burada və indi ol". Bu, sadə ifadə mənə həyatın hazırda baş verdiyini, hər dəqiqənin unikal və təkrarolunmaz olduğunu xatırladır. Mən bu şüurlu axarda yaşamağa, hər anı qəbul edib, dəyərləndirməyə çalışıram. Bu düşüncə mənə çətin anlarda belə güc tapmağa kömək edir. İnanıram ki, sadəlik dərinliyin olduğu yerdədir".

Aysel ana olmasından danışarkən "İlk övladım dünyaya gələndə sanki yenidən yaşamağı öyrəndim: vərdişlərimi bərpa etdim, ürəyimi dinləməyi, səbirli və sevgi dolu olmağı öyrəndim. Analıq təkcə məsuliyyət deyil, qadını dəyişən, onu daha dərin, yumşaq edən güclü enerjidir, həm də sevgini mənə göstərə bilər. Bu ilham mənim üçün böyük bir güc və sevgi mənbəyi oldu" sözlərini əlavə edib.

Artıq səhnəyə qayıdan A.Teymurzadə yaşadığı həyəcanı etiraf edib:

"Mənim üçün yaradıcılıq və analıq ayrılmaz vəhdətdir. Biri mənə səbir və sevgini, digəri zehinlilik və tarazlığı öyrədir. Bu, ziddiyyət deyil, hər hissənin digərinə məna və güc aşıladığı harmoniyadır. Məhz bu tarazlıq mənə tamaşaçılarıma həqiqi və səmimi olmağa kömək edir".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1138   Tarix: 11 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc

10 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin

18 sentyabr
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11 sentyabr
.

Röya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)

Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta

4 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr
.

İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı

Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"

9 sentyabr