"Füzuli torpağı bu gün azadlıq, dirçəliş və milli qürur rəmzinə çevrilib" - Şahin Seyidzadə

"Füzuli torpağı bu gün azadlıq, dirçəliş və milli qürur rəmzinə çevrilib" - Şahin Seyidzadə"Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Füzuli torpağı bu gün azadlıq, dirçəliş və milli qürur rəmzinə çevrilib. 17 oktyabr Füzuli şəhəri günü yalnız bir şəhərin azad olunmasının deyil, bütöv bir xalqın yenidən doğuluşunun, milli birliyin və mübarizə əzminin təntənəsidir. Lakin 23 avqust 1993-cü ildə bu qədim diyar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu, yüzlərlə şəhid, əlil, itkin verildi, şəhər yerlə-yeksan edildi. Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi olan 44 günlük Vətən müharibəsində isə tarix 17 oktyabr 2020-ci il tarixi ilə yeni səhifə açdı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhəri və rayonun bir çox kəndləri işğaldan azad edildi. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin, lakin ən qürurlu səhifələrindən biri oldu".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə dannışıb.

O,açıqlamasında qeyd edib ki, düşmənin illərlə möhkəmləndirdiyi müdafiə xəttinin yarılması Azərbaycanın hərbi qüdrətinin, ordumuzun peşəkarlığının və xalqın sarsılmaz iradəsinin təzahürü idi:

"Bu qəhrəmanlıq tarixinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı təsis olundu. Həmin medalla 25 mindən çox əsgər və zabit təltif edildi. 2023-cü ildə dövlət başçısının qərarı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi təsbit edildi. Bu gün Füzuli dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhər müasir şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa edilir. "Füzuli şəhərinin 2040-cı ilədək Baş planı" təsdiq olunub, müasir infrastruktur yaradılır. Zəfər, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları, "Füzuli" yarımstansiyası, Füzuli Beynəlxalq Hava Limanı bu torpağın strateji əhəmiyyətini daha da artırıb. Böyük Qayıdış Proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma yurduna qayıdıb. Özbəkistanın təşəbbüsü ilə inşa olunan Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın dəstəyi ilə yaradılan Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi qardaş ölkələrin dəstəyini və həmrəyliyini simvolizə edir. Füzuli bu gün yalnız azad olunmuş bir şəhər deyil o, Azərbaycan xalqının yenilməzliyinin, şəhidlərin qanı bahasına qazanılmış qürurun və gələcəyə inamın rəmzidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 866   Tarix: 14 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr