"Füzuli artıq yalnız bir coğrafiya deyil – bu, Zəfər ideologiyasının canlı təcəssümüdür" - AÇIQLAMA

"Füzuli artıq yalnız bir coğrafiya deyil – bu, Zəfər ideologiyasının canlı təcəssümüdür" - AÇIQLAMA"Füzulinin azad olunmasının 5-ci ildönümü, əslində, yalnız bir hərbi qələbənin yox, Azərbaycan dövlətçiliyinin strateji dönüş nöqtəsinin ildönümüdür. 2020-ci ilin 17 oktyabrı tarixə həm də bu ölkənin iradəsinin, dövlət rəhbərliyinin siyasi uzaqgörənliyinin və xalq-ordu birliyinin təntənəsi kimi yazıldı. Füzulinin azadlığı ilə Cənub istiqamətində strateji qapı açıldı, bu isə sonrakı mərhələdə Şuşanın və bütövlükdə Qarabağın azadlığına gedən yolun əsas bünövrəsini qoydu".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

"Füzuli artıq yalnız bir coğrafiya deyil – bu, Zəfər ideologiyasının canlı təcəssümüdür" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, bu gün Füzuli Azərbaycanın postmüharibə reallığının simvoluna çevrilib:

"Dövlət burada yalnız bərpa işləri aparmır – Füzuli yeni şəhər konsepsiyası ilə qurulur. Smart şəhər prinsipləri, "yaşıl enerji" modeli, müasir infrastruktur və Füzuli Beynəlxalq Hava Limanı – bunlar sadəcə inşaat layihələri deyil, Azərbaycanın gələcək nəsillərə verdiyi strateji mesajdır: "Biz burdayıq və əbədi burda qalacağıq."

Prezident İlham Əliyevin Füzuliyə xüsusi diqqəti təsadüfi deyil. Bu şəhər bu gün Qarabağda dirçəlişin paytaxtı rolunu oynayır. Füzuli artıq regionda iqtisadi, logistik və turizm mərkəzinə çevrilir. Burada yeni sənaye zonalarının, kənd təsərrüfatı klasterlərinin, sosial obyektlərin və məktəblərin qurulması həm humanitar, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır.

Füzulinin bugünkü bərpası təkcə daş-divarların ucaldılması deyil – bu, milli yaddaşın, ruhun və tarixi ədalətin bərpasıdır. Azərbaycan bu şəhəri azad etdi, indi isə onu gələcəyə doğru aparır. Bu, müharibədən sülhə, dağıntıdan inkişaf modelinə keçidin ən parlaq nümunəsidir. Füzuli artıq yalnız bir coğrafiya deyil – bu, Zəfər ideologiyasının canlı təcəssümüdür".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 590   Tarix: 15 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr