"Füzuli uğrunda aparılan döyüşlər müharibənin gedişatına təsir edən mühüm hərbi əməliyyatlardan biri olmuşdur" - DEPUTAT
"Bu il Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Orudumuzun doğma şəhərimiz Füzulini işğaldan azad etməsindən 5 il keçir. Ölkəmizin ən qədim yaşayış məntəqələrindən biri olan Füzulidə işğaldan öncə 140 min nəfərdən çox əhali yaşayırdı. Füzuli uğrunda aparılan döyüşlər müharibənin gedişatına təsir edən mühüm hərbi əməliyyatlardan biri olmuşdur. Şəhərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinə cəbhədə mühüm strateji üstünlüklər qazandırmışdır. Xüsusilə, Füzuli döyüşləri nəticəsində Ermənistan ordusu əhəmiyyətli itkilər vermiş və onların müdafiə xətti dağıdılmışdır. Bu rayonun azad edilməsi həmçinin Qarabağın digər bölgələrinin azad edilməsi üçün həlledici rol oynamışdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edir ki, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun qəhrəmanlığı və döyüş qabiliyyəti açıq şəkildə özünü göstərdi:
"Məhz bu döyüşlər Azərbaycanın hərbi gücünün nə qədər inkişaf etdiyini sübut etmişdir. Artıq beynəlxalq ictimaiyyət də Azərbaycan Ordusunun müasir texnologiyalar və peşəkar hərbiçilərdən ibarət olduğunu qəbul edir. Füzuli, işğaldan azad edilmiş ərazilər arasında ən çox mina ilə çirklənmiş rayonlardan biridir. Rayonda yüz mindən çox mina basdırılmış və erməni təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəymişdir. Füzuli rayonu da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə 2020-ci ildən etibarən Azərbaycanın Böyük Qayıdış Proqramı həyata keçirilməyə başlanmışdır. 2026-cı ilə qədər bu proqram çərçivəsində Füzuliyə 22 min insanın geri qayıdacağı gözlənilir. Proqramın əsas məqsədi, işğaldan azad edilmiş torpaqlarda müasir və təhlükəsiz yaşayış mühitinin yaradılması, infrastrukturun bərpası və əhalinin rifahının təmin edilməsidir. Ümumiyyətlə bütün Qarabağda Böyük Qayıdış proqramı çərçivəsində tədricən inkişaf etdirilir və burada müasir kənd və şəhər mühiti formalaşdırılır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO