Ramiz Mehdiyevin halı PİSLƏŞİB
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı yeni xəbər var.
Sonxeber.az xəbər verir ki, Mehdiyevə yaxın çevrədən Modern.az-a daxil olan məlumata görə, media və sosial şəbəkələrin gündəmi olan akademikin halı dünən axşam saatlarında pisləşib. Hətta onun üstünə həkim çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir.
Verilən məlumata görə, 87 yaşlı R.Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə irəli çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir göstərdiyi xüsusi vurğulanır.
Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə cinayət işi başladılıb.
O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib. O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2369 Tarix: 16 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni geosiyasi xətt
Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi yalnız ikitərəfli əlaqələrin genişlənməsi kimi qiymətləndirilməməlidir. Bu münasibətlər eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasına təsir edən mühü
25 avqustBakı Metropolitenində bu yeniliklər olacaq - AÇIQLAMA
Bakı Metropolitenində qatarlararası intervalın azaldılması sərnişin sıxlığının və stansiyalarda gözləmə müddətinin aşağı salınması baxımından mühüm addımdır. Hazırda Qırmızı xətt üzrə interval 2 dəqiqə 30 saniyəyə endirilib, Yaşıl xəttdə isə 3 dəqiqə 30 saniyə təşkil edir. Xətlərin ayrılması layihəsini
25 avqustAzərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından bir
25 avqustAli məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq
Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq. "Qafqazinfo" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlə
24 avqustBakıda və bəzi rayonlarda KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ
Avqustun 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq
25 avqust