İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunulub.
Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğulayıb.
Azərbaycan-"UN-Habitat" tərəfdaşlığı çərçivəsində ölkəmizdə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edilib.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunulub, işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirilib.
Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirib. O, COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiya fəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanın təşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğulayıb.
Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Digər mötəbər beynəlxalq tədbirlər kimi bunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO