Kürəkən qayınatasını bıçaqlayıb, 4 saat polisə müqavimət göstərdi
Türkiyənin Nevşehir şəhərində ailə münaqişəsi faciəvi hadisəyə çevrilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Muammer S. adlı şəxs qayınatası S.G.-ni bıçaqlayıb yaraladıqdan sonra evinə qapanaraq polisə təslim olmağa 4 saat boyu müqavimət göstərib.
Hadisə gecə saat 23:30 radələrində Mehmet Akif Ersoy məhəlləsinin Yavuz Sultan Selim küçəsində, 10 mərtəbəli binada baş verib. İddiaya görə, Muammer S. həyat yoldaşı və övladı ilə birlikdə qayınatası S.G.-nin evinə qonaq gedib. Lakin aralarında baş verən mübahisə qısa zamanda davaya çevrilib. Qarşıdurma zamanı Muammer S. bıçaqla qayınatasını qolundan yaralayıb.
Hadisədən sonra kürəkən təkbaşına öz evinə qayıdıb, həyat yoldaşı isə uşağı ilə birlikdə atasını xəstəxanaya aparıb. Yaralı S.G. müalicəyə götürülüb, qızı isə ərindən polisə şikayət edib.
Şikayət əsasında hadisə yerinə gələn polis əməkdaşları Muammer S.-nin evinə daxil olmaq istəyiblər, lakin o, qapını açmaqdan imtina edib, pəncərədən söyüş və təhdirlər səsləndirərək, aşağıda toplanan insanlara dibçək atmağa başlayıb.
Evdə onunla birlikdə anası və azyaşlı qızı da olub. Polis şübhəlini ailə üzvlərinə zərər verməməsi üçün sakitləşdirməyə çalışıb. Təxminən 4 saat davam edən danışıqlardan sonra Muammer S. nəhayət saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 892 Tarix: 17 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO
İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib
8 sentyabrXətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmaya
5 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatası d
5 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabr