Azərbaycanlı alverçini bazarda öldürdülər
Bu ilin yazında Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkarın qətlinin qan davası olduğu ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qardaşının ölümünə görə qisas niyyətilə qətli törədib.
Alverlə məşğul olan Zaur martın 3-də Moskvanın Verxniye Polya küçəsində yerləşən "Sadovod" bazarının dayanacağında qətlə yetirilib.
Hadisə zamanı Zauru 42 yaşlı Rövşən adında şəxs danışığa çağırıb. Onlar avtomobilin salonunda söhbət edərkən, Rövşən çantasından tapança çıxararaq atəş açıb. Yaralanan Zaur avtomobildən çıxmağa çalışsa da, cinayətkar onun arxasınca bir neçə dəfə də atəş açıb.
Zaur xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Bazarın mühafizəçiləri atəş səslərini eşidib hadisə yerinə gəldikdə, Rövşən tapançanı yerə qoyaraq sakit şəkildə təslim olub.
İstintaq zamanı kişi öz hərəkətinin səbəbini izah edib. Onun sözlərinə görə, 2024-cü ildə qardaşı Ruslan naməlum şəxslər tərəfindən qətlə yetirilib. Ruslan da "Sadovod" bazarında fəaliyyət göstərib, pavilyonlardan birində siqaret satırmış.
Qardaşının ölümündən sonra Rövşən Azərbaycandan Moskvaya köçərək onun işini davam etdirib. Burada o, Zaurla tanış olub və bir neçə söhbətdən sonra onun Ruslanın ölümündə əli ola biləcəyini düşünüb. Zamanla bu şübhəyə daha çox inanıb və Rövşən Zauru polisə təslim olmağa inandırmağa çalışıb. Lakin Zaur bütün ittihamları qəti şəkildə inkar edib.
Dekabr ayında Rövşən qardaşının əşyalarını toplayarkən seyfdə tapança tapıb. Bundan sonra Zauru ələ vermək fikri onun beyninə ilişib. Cinayətkarın sözlərinə görə, dayanacaqda görüşü məhz onu qorxudub polisə aparmaq üçün təyin edib. Lakin söhbət zamanı Zaur Rövşənin mərhum qardaşını təhqir edib və bununla da onun öldürülməsi Rövşən üçün qətiləşib.
Moskva üzrə İstintaq Komitəsinin məlumatına əsasən, Lüblino Rayon Məhkəməsi təqsirləndirilən şəxsi 11 il müddətinə ciddi rejimli həbsxanada cəza çəkməyə məhkum edib. /Lent.az
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 904 Tarix: 18 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabr