Kobra Murat faciəvi şəkildə ölən müğənninin övladları ilə bağlı elə bir addım atdı ki...
Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün şübhəli ölümü ilə bağlı danışanlardan biri də onun yaxın dostu Kobra Murat olub.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Murat öz açıqlamalarına aydınlıq gətirib.
O, yanlış başa düşüldüyünü bildirib:
"Yanlış başa düşüldüyümü düşünürəm və bunu düzəltmək istəyirəm. Güllü ilə illərlə birlikdə işlədik, səfərlərə, konsertlərə getdik. Yaxşı və pis günlərimiz oldu. Güllü mənim canımdır, onun övladları da mənim övladlarım kimidir. Birlikdə çox gözəl günlər keçirdik. Bu dəhşətli hadisə baş verəndə mən səhnədən yeni gəlmişdim. Sosial mediada yayılan sözləri eşidəndə çox sarsıldım. Heç kim Güllünün oynayaraq pəncərədən düşəcəyinə inanmadı.
Mən sadəcə hadisə aydınlığa çıxsın deyə danışdım. Dedim ki, hər kəs damlara baxır, bir az da aşağıya baxsın. Amma sözlərim çox yanlış anlaşılıb. Mən demək istəmişdim ki, olayı başa düşdüm, burada cinayət yoxdur. O övladlar analarına əsla zərər verməzlər. Onların acısını ürəkdən bölüşürəm. Mən əsla "analarını itələyiblər" deməmişəm. Hamıdan, xüsusilə də övladlarından üzr istəyirəm".
Kobra Murat hadisədən sonra verdiyi ilk açıqlamada diqqətçəkən fikirlər səsləndirmişdi. O, Güllünün dırnaqlarında yad DNT izinə rast gəlinməməsini əsas gətirərək, "Cinayətin necə baş verdiyini tapmış kimiyəm" demişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara
19 sentyabr"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"
Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl
20 sentyabrAyseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya
Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad
5 sentyabrLedi Qaqa ana oldu - Foto
Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar
12 sentyabrCeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar
ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind
18 sentyabrFiruzə İbadova xəstəxanaya yerləşdirilib
Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət
9 sentyabr"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO
Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə
5 sentyabr"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı
13 sentyabr