"Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var" - DEPUTAT

"Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var" - DEPUTAT"1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Zəngilan şəhəri və rayonu 27 ildən artıq müddət ərzində nəzarətsiz qalmışdır. Soydaşlarımızın Ermənistanın etnik təmizlənmə siyasətinin qurbanı olmuşdu.2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi və 2023-cü ildə "Dövlət Suverenliyinin Tam Bərpası Əməliyyatı" zamanı ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Vətən Müharibəsində, 20 oktyabr tarixində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğaldan azad edildi. 23 dekabr 2020-ci il tarixində bayrağımız Zəngilan rayonunda dalğalandı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

"Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var" - DEPUTATO, açıqlamasında qeyd edib ki, Zəngilan məcazi mənada desək, Zəngəzura giriş qapısıdır:

"Bu, bölgənin tarixi və coğrafi əhəmiyyətini bir daha ortaya qoydu. 20 oktyabr Zəngilan şəhərinin işğaldan azad edilməsi günü kimi qeyd edilir. Zəngilan məcazi mənada desək, Zəngəzura giriş qapısıdır. Bu rayon coğrafi cəhətdən çox əhəmiyyətli strateji ərazidir. Belə ki, TRİPP yolundan keçəcək dəmiryolu xətti Zəngilandan da keçəcək, beləliklə də, rayonun nəqliyyat infrastrukturuna töhfə verilmiş olacaq. Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. İlk pilot layihə çərçivəsində Ağalı kəndində 200 evdən ibarət kənd salınmışdır. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Burada məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Ağalı kəndi ağıllı kənd konsepsiyasının ilk dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. "Ağıllı kənd" layihələri, kənd təsərrüfatı inkişafı, ekoloji tarazlığın qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə atılan addımlar arasında yer alır. Zəngilanın günəş enerjisi potensialı, bu bölgəni "yaşıl enerji" zonasına çevirmək məqsədini güdür. Zəngilan şəhərində və kəndlərində elektrik, su, qaz, rabitə kimi əsas infrastrukturlar sıfırdan qurulmağa başlanmışdır. Yeni avtomobil yolları, körpülər və dəmir yolu xətləri inşa olunur, xüsusilə Horadiz–Zəngilan dəmir yolu xətti layihəsi həyata keçirilir. Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci ilin oktyabrında istifadəyə verildi. Bu hava limanı regionun inkişafı və logistik əhəmiyyət baxımından vacib addımdır.

Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. 2020-ci ilin 20 oktyabrı Zəngilan əhalisi üçün tarixə ümid və qürur günü kimi yazıldı. Bu xoş günlər, xalqla dövlətin birliyinin, səbir və iradənin təntənəsidir. Allah bu günü bizə yaşadan şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı versin!".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 925   Tarix: 20 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr