"Azərbaycan-Qazaxıstan münasibətləri yalnız iki ölkə üçün deyil, bütün Türk dünyasının gələcək inkişafının əsas istiqamətlərindən biridir"
"Prezident İlham Əliyevin "Kazinform" agentliyinə verdiyi müsahibə Azərbaycan-Qazaxıstan münasibətlərinin iqtisadi, nəqliyyat, enerji, mədəni və ekoloji istiqamətlərdə kompleks inkişaf xronikasını aydın şəkildə nümayiş etdirir. Bu münasibətlər artıq təkcə diplomatik xarakter daşımır, iki ölkə arasındakı əlaqələr daha dərin iqtisadi inteqrasiya və regional əməkdaşlığa əsaslanaraq dostluq səviyyəsinə yüksəlib".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, bu müsahibə iki ölkənin – Azərbaycan və Qazaxıstanın münasibətlərində yeni bir mərhələnin başladığını nümayiş etdirir:
"Prezident Əliyev müsahibəsində ilk növbədə siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu və qarşılıqlı etimadın dərin kök saldığını vurğulayıb. İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq da getdikcə genişlənir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə imzaladığı sazişlər bərpa olunan enerji mənbələrinin inkişafına, enerji sistemlərinin birləşdirilməsinə və karbon emissiyalarının azaldılmasına yönəlib. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanın davamlı inkişaf konsepsiyasının formalaşmasında mühüm addım sayılır. Bütövlükdə Azərbaycan-Qazaxıstan münasibətləri yalnız iki ölkə üçün deyil, eyni zamanda bütün Türk dünyasının gələcək inkişafını müəyyən edən əsas istiqamətlərdən biridir. Bu münasibətlər Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə və qarşılıqlı etimada əsaslanan inteqrasiya modelinin formalaşmasına xidmət edir. Azərbaycan liderinin müsahibəsində isə bütün bu məsələlərə aydın və əhatəli şəkildə toxunulub. Dövlətimizin başçısı müsahibəsində həmçinin qlobal və regional idarəçilik çərçivəsində əməkdaşlığın əhəmiyyətini də qeyd edib".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO